“Bank of Baku”da yeni TƏYİNAT

“Bank of Baku”da yeni TƏYİNAT

“Bank of Baku”da yeni təyinat baş tutub.

 

Sfera.az xəbər verir ki, Özal Talıblı Seyfəddin oğlu “Bank of Baku”nun Xəzinədarlıq departamentinin direktoru vəzifəsinə təyin olunub.

 

Ö.Talıblı 2009-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İqtisadiyyat ixtisası üzrə bakalavr təhsili alıb.

 

Daha sonra təhsilini Vyanada “Webster” Universitetində davam etdirərək maliyyə üzrə magistr dərəcəsi əldə edib.

 

O, 10 ilə yaxın professional iş təcrübəsinə sahibdir.

 

Peşəkar karyeraya 2015-ci ildə Azərbaycan Mərkəzi Bankında başlayıb və 2018-ci ilə qədər burada çalışıb.

 

2018-2020-ci illərdə iş fəaliyyətini “PAŞA Sığorta” şirkətində Analitik və İnvestisiyaların İdarə Edilməsi Xidmətinin rəhbəri kimi davam etdirib.

 

Daha sonra 3 il müddətində “PAŞA Həyat Sığorta”da İnvestisiya bölməsinin rəhbəri olaraq çalışıb.

 

Özal Talıblı “Bank of Baku”dakı təyinatına qədər “Azerpoçt” MMC-də Xəzinədarlıq departamentinin rəhbəri vəzifəsini yerinə yetirib.

 

Onu da qeyd edək ki, Özal Talıblı Azərbaycan Dövlət İqtisad Universitetində və Bakı Mühəndislik Universitetində pedaqoji fəaliyyətlə də məşğul olub.

 


OXŞAR XƏBƏRLƏR

Rəsmi Bakı Suriyada baş verən prosesləri yaxından izləyir

Suriyada baş verən prosesləri yaxından izləyirik.   Sfera.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İsrail...

"TikTok"da 181 nəfəri aldadaraq pullarını alan şəxsə HÖKM OXUNDU - FOTO

"TikTok" sosial şəbəkəsində 181 nəfəri aldadaraq onları dənizçi kimi işə düzəltmək adı ilə külli miqdarda pullarını mənimsəyən, əvvəllər məhkum olunmu...

Dövlət Xidməti Göygöldə vətəndaş qəbulu keçirdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov iyulun 18-də Xidmətin Göygöl rayon şöbəsinin inzibati ...

Bu ölkədə yaşıl və mavi rənglər fərqləndirilmir – Səbəb nədir?

Əksər ölkələrdə keçidə icazə verən yol işıqları yaşıl rəngdə olduğu halda Yaponiyada bu məqsədlə açıq mavi tondan istifadə edilir. İlk baxışda texniki bir səhv ...

Xəzər TV-yə xəbərdarlıq edildi

Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.   Şuradan Sfera.az-a verilən xəbərə görə, Xəzər TV televiziya kanalının...

Jurnalist olmaq istəyənlərin nəzərinə!

III ixtisas qrupu üzrə (DT altqrupu) imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olm...