"Zelenskinin "Qələbə planı"nıukraynalılar da görəcək" - Yermak

"Zelenskinin "Qələbə planı"nıukraynalılar da görəcək" - Yermak

“Zelenski "Qələbə planı"nı vətəndaşlara da göstərmək niyyətindədir”.

 

Sfera.az bildirir ki, bunu Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak deyib. O qeyd edib ki, buna baxmayaraq planın tam mətni təqdim edilməyəcək.

 

Yermakın sözlərinə görə, Ukrayna vətəndaşları planı yalnız Kiyevin Qərb tərəfdaşlarından sonra görəcəklər:

 

“Bu, prezidentin planıdır və söz verildiyi kimi, ABŞ prezidentinə və tərəfdaşlarına təqdimatdan sonra ukraynalılara da göstəriləcək. Amma burada çox həssas olan hissələr var, onlar qapalı qalmalıdır. İctimaiyyətə çıxan hər şeyi təkcə biz deyil, düşmən də eşidir, bu baxımdan bəzi təfərrüatlar gizlidir”.

 

Qeyd edək ki, sentyabrın 26-da Zelenski Vaşinqtonda Amerika lideri Co Baydenlə görüşüb və "Qələbə planı"nı müzakirə etmək niyyətində olduğunu bildirib. O qeyd edib ki, burada Vaşinqtonun qərarından asılı olan məqamlar var. Dövlət katibi Antoni Blinken ABŞ-nin Kiyevin təklif etdiyi planı öyrənəcəyini bəyan etməklə kifayətlənib. 

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək

"Bayraktar Teknoloji Azərbaycan" MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu ...

“Global Finance” ABB-ni ölkə üzrə“İlin ən yaxşı bankı” seçdi!

Dünyanın məşhur “Global Finance” jurnalı “İlin ən yaxşı bankı” mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 5 ildə 3-cü dəfə ölkə üz...

Evini təmir etdirdi, xeyli varlandı - Maraqlı hadisə

İspaniyanın Luqo şəhərində yaşayan Tono Pineiro adlı şəxs yeni aldığı evində təmir işləri apararkən gözlənilməz bir tapıntı ilə qarşılaşıb. Uzun illərdir tərk e...

"Putin və Zelenski görüş keçirə bilər" - Stiv Vitkoff

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında yaxın gələcəkdə görüşün baş tuta...

ChatGPT YENİLƏNDİ - Bu funksiyalar istifadəyə verildi

"OpenAI" məşhur süni intellekt əsaslı chatbotu olan "ChatGPT" üçün bir sıra yeniliklər təqdim edib.   Sfera.az xəbər verir k...

Bakıda taksi sürücüsü 5 manatlıq yolu 435 manata apardı...

Bakıda 5 manatlıq yolu 435 manata aparan daha bir "Bolt" sürücüsü barədə məhkəmə qərar verib.   Sfera.az Qaynarinfo.az-a istinadən xəb...