Onun bu fikirləri əsassızdır - RƏSMİ BAKI


Onun bu fikirləri əsassızdır - RƏSMİ BAKI

Avropa İttifaqının (Aİ) xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Peter Stanonun Ermənistanın “Armenpress” xəbər agentliyinin sualına cavabında Avropa İttifaqının Ermənistandakı Missiyasının mandatı və Ermənistanın militarizasiyası barədə səsləndirdiyi fikirlər tamamilə əsassız və qəbuledilməzdir.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Avropa İttifaqının (Aİ) xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Peter Stanonun iddialarına dair şərhində deyilir.

 

"Avropa İttifaqı rəsmisinin Azərbaycan Respublikası Prezidentinin fikirlərini yanlış və açıq qərəzlə şərh etməsini qətiyyətlə rədd edirik.

 

Azərbaycanın razılığı ilə yaradılmış missiyanın mandatının heç bir əsas olmadan genişləndirilərək, onun guya bölgədə sülh və Azərbaycanla-Ermənistan arasında normallaşma prosesinə dəstək rolunun olması fikirləri bu missiyadan necə sui-istifadə edildiyini göstərir.

 

Anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilən bu missiya Azərbaycanın Ermənistan ilə apardığı normallaşma prosesində hər hansı bir rola malik ola bilməz.

 

Aİ missiyası təsis edilən gündən müxtəlif vədlərə baxmayaraq, missiya Azərbaycanın legitim maraqlarını nəzərə almayıb, missiya fəaliyyəti qarşılıqlı inam və etimadı təmin etməyib.

 

Aİ Missiyasının rəhbəri dəfələrlə Ermənistan tərəfinin yalan və böhtan dolu iddialarını əsas tutaraq, guya Azərbaycanın hər hansı bir hücuma hazırlaşdığı barədə fikirlər səsləndirdiyi, Aİ Missiyasının əsas vəzifəsinin “Ermənistanı Azərbaycandan qorumaq” kimi təqdim edildiyi, bununla normallaşma prosesinə xələl gətirdiyi hər kəsə məlumdur. Bu mühitdə, Ermənistan tərəfi Aİ Missiyasının mövcudluğundan sui-istifadə etməkdədir.

 

Bununla yanaşı, bütün dünyada öz işğalçılıq siyasəti, Azərbaycana qarşı 30 ilə yaxın hərbi təcavüzü ilə tanınan Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş və daha böyük hərbi təchizatlara (öldürücü və hücum tipli silah növləri daxil olmaqla) dair yeni vədlərin də yer aldığı kampaniya Azərbaycanın milli təhlükəsizliyinə təhdiddir. Bu prosesə Avropa İttifaqı mətbuat katibinin bəraət qazandırması narahatlıq mənbəyidir.

 

Qonşularına qarşı ərazi iddialarından əl çəkməyən Ermənistanın strateji hücum silahları əldə etməsi daxil olmaqla, kütləvi şəkildə hərbiləşmə siyasətinə son qoyulmaması bölgədə növbəti gərginliyin yaradılması səyləri kimi qiymətləndirilə bilər.

 

Azərbaycan bölgədə beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhün, sabitliyin və təhlükəsizliyin tərəfdarıdır. Sülhə təhdid törədən addımların qətiyyətlə qarşısının alınması zəruridir", - açıqlamada qeyd edilib.


OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Hakan Fidanla sülh prosesini müzakirə etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.   Sfera.az xəbər verir ki, bu bar...

Bülent Ersoyun villasını ALOV BÜRÜDÜ: Sənətçi təcili təxliyə olundu - FOTOLAR

Antalya şəhərinin Aksu, Gazipaşa, Manavgat və Muratpaşa rayonlarında meşə yanğınları baş verib. Alovlar qısa müddətdə yayılaraq yaşayış məntəqələrini də təhlükə...

Tofiq Qaziyev vəfat etdi - FOTO

Rəssam Tofiq Qaziyev vəfat edib.   Sfera.az bildirir ki, bu barədə onun yaxınları məlumat yayıb.   Qeyd edək ki, Qaziyev Tofiq Tapdıq oğlu...

MM-dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

Milli Məclis Korsika Xalqına Dəstək Qrupunun Fransa Milli Assambleyasında irəli sürülmüş yeni qətnamə layihəsinə dair bəyanat yayıb.   Sfera.az ...

Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür

Son vaxtlar davam edən anomal istilər ilə əlaqədar Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında istivurma və günvurma hallarının qarşısının alınması məqsədi...

Lazer epilyasiyası etdirənlərin NƏZƏRİNƏ - Xərçəng yaradır?

Lazer epilyasiyası (lazerlə tüklərin təmizlənməsi) günümüzdə çox geniş yayılıb.   Lakin uzun illərdir lazer prosedurunun zərərləri barədə müxtəlif şa...