Rusiya bu şəhəri HƏDƏFƏ ALDI - Ölənlər və xeyli sayda yaralı var

Rusiya bu şəhəri HƏDƏFƏ ALDI - Ölənlər və xeyli sayda yaralı var

Rusiya ordusu səhər saatlarında Ukraynanın şimal-şərqindəki Sumı şəhərində sağlamlıq mərkəzini hədəfə alıb.

 

Sfera.az bildirir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski açıqlama verib. O qeyd edib ki, hücumda 8 nəfər ölüb, 11 nəfər isə yaralanıb.

 

"Rusiya şəhərin xəstəxanalarından birini “Shahed” pilotsuz təyyarələri ilə vurdu. Ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verirəm. 113 nəfər isə xəstəxanadan təxliyə olunub. Hər kəs Rusiyanın nəyi hədəflədiyinə diqqət yetirməlidir. Onlar xəstəxanalara, mülki insanlara qarşı savaşırlar. Yalnız güc yolu ilə Rusiyanı sülhə məcbur edə bilərik. Bu yolda bizə dəstək olan hər kəsə təşəkkür edirəm”, - Zelenski bildirib.

 

Ukrayna Hərbi Hava Qüvvələrindən verilən açıqlamada isə Rusiyanın gecə boyu həyata keçirdiyi hücumda 73 pilotsuz uçuş aparatından 69-nun vurulduğu, 2 ballistik və 2 qanadlı raketdən də istifadə edildiyi bildirilib.

 

Qeyd olunub ki, Rusiyaya məxsus 15 PUA paytaxt Kiyev və ətrafında hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

 

Günay

 

 


OXŞAR XƏBƏRLƏR

Bülent Ersoyun villasını ALOV BÜRÜDÜ: Sənətçi təcili təxliyə olundu - FOTOLAR

Antalya şəhərinin Aksu, Gazipaşa, Manavgat və Muratpaşa rayonlarında meşə yanğınları baş verib. Alovlar qısa müddətdə yayılaraq yaşayış məntəqələrini də təhlükə...

Tofiq Qaziyev vəfat etdi - FOTO

Rəssam Tofiq Qaziyev vəfat edib.   Sfera.az bildirir ki, bu barədə onun yaxınları məlumat yayıb.   Qeyd edək ki, Qaziyev Tofiq Tapdıq oğlu...

MM-dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

Milli Məclis Korsika Xalqına Dəstək Qrupunun Fransa Milli Assambleyasında irəli sürülmüş yeni qətnamə layihəsinə dair bəyanat yayıb.   Sfera.az ...

Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür

Son vaxtlar davam edən anomal istilər ilə əlaqədar Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında istivurma və günvurma hallarının qarşısının alınması məqsədi...

Lazer epilyasiyası etdirənlərin NƏZƏRİNƏ - Xərçəng yaradır?

Lazer epilyasiyası (lazerlə tüklərin təmizlənməsi) günümüzdə çox geniş yayılıb.   Lakin uzun illərdir lazer prosedurunun zərərləri barədə müxtəlif şa...

Pirallahıda əməliyyat: 42 kq narkotik vasitə aşkar olundu

Bakı şəhəri Pirallahı rayonunda əməliyyat keçirilib, 42 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.   Sfera.az xəbər verir...