Siçovul sərnişin təyyarəsinin yola düşməsini üç saat gecikdirdi

“Air New Zealand” aviaşirkətinin reysi təyyarənin yük anbarında siçan olması səbəbindən 3 saat gecikib.
Sfera.az xəbər verir ki, bu barədə NZ Herald yazıb.
Hadisə sentyabrın 26-da Yeni Zelandiyanın Oklend şəhərindən ABŞ-nin San -Fransisko şəhərinə uçmaq üzrə olan təyyarənin göyərtəsində baş verib. Sərnişinlərdən biri deyib ki, hava limanı işçisi gəmiricini uçuşdan az əvvəl görüb.
Adı açıqlanmayan səyyah əlavə edib: "Biz orada oturub ondan qurtulana qədər gözləməli olduq, çünki belə uçmağa icazə verilmirdi".
Daha sonra aviadaşıyıcının nümayəndəsi baş verənləri təsdiqləyib və vurğulayıb ki, təyyarə yalnız hərtərəfli yoxlamadan keçdikdən sonra havaya qalxmağa icazə verilib.
Fevral ayında SriLankan Hava Yollarına məxsus sərnişin təyyarəsinin uçuşu göyərtəsindəki siçovul səbəbindən üç gün müddətinə dayandırılmışdı. Gəmirici Pakistandan gələn təyyarədə görünmüşdü.
İnci