Zelenskinin ofisi Trampla görüşün təfərrüatlarını açıqladı

Zelenskinin ofisi Trampla görüşün təfərrüatlarını açıqladı

Volodimir Zelenski ABŞ prezidentliyinə namizəd Donald Trampla görüşü zamanı ona “qələbə planı” adlanan planı təqdim edib, cəbhədəki vəziyyət və Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə müdaxiləsi barədə danışıb.
 

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna liderinin mətbuat xidməti məlumat yayıb.
 

Məlumata görə, Zelenski Trampa döyüş təmas xəttindəki vəziyyət, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə müdaxiləsinin gedişi və Rusiya regionuna hücumun məqsədləri barədə danışıb.
 

Zelenskinin ofisində qeyd edildiyi kimi, tərəflər respublikanın infrastrukturunun Rusiya Silahlı Qüvvələrinin hücumlarından qorunmasını və hücumların dəf edilməsində “Patriot” hava hücumundan müdafiə sistemlərinin rolunu müzakirə ediblər. Bundan əlavə, Ukrayna lideri Moskvanın neft və qaz satışından əldə etdiyi gəlirləri məhdudlaşdırmağa, həmçinin Rusiyanın hərbi istehsalı üçün zəruri olan komponentlərin tədarük kanallarını kəsməyə çağırıb.
 

Zelenski ilə Tramp arasında görüş sentyabrın 27-də Nyu Yorkdakı "Trump Tower"də baş tutub. Tramp Ukrayna prezidentindən müvafiq xahişlə məktub aldıqdan sonra Zelenski ilə görüşə razılıq verib. Bu görüş üçün Zelenski daha əvvəl BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış etdiyi Nyu Yorkda qalıb. Bundan əvvəl Zelenskinin komandası Trampla onun Mar-a-Laqo iqamətgahında görüşməkdən imtina etmişdi, çünki bu, Respublikaçılara dəstək tədbiri sayıla bilərdi.

İnci
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək

"Bayraktar Teknoloji Azərbaycan" MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu ...

“Global Finance” ABB-ni ölkə üzrə“İlin ən yaxşı bankı” seçdi!

Dünyanın məşhur “Global Finance” jurnalı “İlin ən yaxşı bankı” mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 5 ildə 3-cü dəfə ölkə üz...

Evini təmir etdirdi, xeyli varlandı - Maraqlı hadisə

İspaniyanın Luqo şəhərində yaşayan Tono Pineiro adlı şəxs yeni aldığı evində təmir işləri apararkən gözlənilməz bir tapıntı ilə qarşılaşıb. Uzun illərdir tərk e...

"Putin və Zelenski görüş keçirə bilər" - Stiv Vitkoff

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında yaxın gələcəkdə görüşün baş tuta...

ChatGPT YENİLƏNDİ - Bu funksiyalar istifadəyə verildi

"OpenAI" məşhur süni intellekt əsaslı chatbotu olan "ChatGPT" üçün bir sıra yeniliklər təqdim edib.   Sfera.az xəbər verir k...

Bakıda taksi sürücüsü 5 manatlıq yolu 435 manata apardı...

Bakıda 5 manatlıq yolu 435 manata aparan daha bir "Bolt" sürücüsü barədə məhkəmə qərar verib.   Sfera.az Qaynarinfo.az-a istinadən xəb...