Ledi Qaqa qala gecəsinə nişanlısı ilə gəldi - FOTO

Amerikalı müğənni və aktrisa Ledi Qaqa nişanlısı Maykl Polanski ilə "Joker"in davam filminin qalasına qatılıb.
Sfera.az bildirir ki, Londonda keçirilən tədbirə Ledi Qaqa, sevgilisi və çoxdan gözlənilən filmin digər aktyorları qatılıb.
Lady Qaqa Joaquin Phoenixin (Xoakin Feniks) “Joker” psixoloji trillerində Harley Quinn rolunu oynayır.
Artur Flek haqqında hekayənin ikinci hissəsinin çoxdan gözlənilən premyerası 3 oktyabr 2024-cü ildə gözlənilir.
Nişanlısı Maykl Polanski ilə "CIneworld Leicester Square"ə gələn müğənni məşhur “Celine” libası seçib. Qırmızı libas çiyin yastıqları və dekoltesi ilə diqqət çəkib.
Məşhur ulduz hər zamankı özünəməxsu tərzi ilə üzünün bir tərəfində dramatik parıltılı makiyaj edib.
“Joker”in baş rol ifaçısı Xoakin Feniks isə Britaniya premyerasına qara pencək, ağ köynək, tünd şalvar və qalstukda gəlib.
1 milyard dollardan çox gəlir əldə edən və 2019-cu ildə “Oskar” mükafatı qazanan “Joker” filminin çoxdan gözlənilən davamı 3 oktyabr 2024-cü ildə ekranlara çıxacaq.
Filmin press-relizində: “İkili şəxsiyyəti ilə mübarizə apararkən, Artur nəinki əsl məhəbbətlə qarşılaşır, həm də daim onun içində olan musiqini kəşf edir” - təqdimatı verilib.
Aynil