Ərdoğan Suriyada terrorçulardan azad zonanın yaradılmasını Trampla müzakirə etmək niyyətindədir

Ərdoğan Suriyada terrorçulardan azad zonanın yaradılmasını Trampla müzakirə etmək niyyətindədir

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Suriyada terrorçulardan azad zonanın yaradılması məsələsini ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla müzakirə etmək niyyətindədir.    

 

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə o İstanbulda çıxışı zamanı bildirib.  

 

"Biz Suriyada terrorçulardan azad, təhlükəsiz və uçuşlardan azad zona yaratmalıyıq. Yanvarın 20-dən sonra ABŞ-da yeni rəhbərlik çalışmağa başlayacaq. Biz bu məsələni onunla müzakirə edəcəyik”, - deyə Ərdoğan bildirib.

 

"Təhlükəsizlik zonası yaradılmasa, Suriya ilə həmsərhəd Qaziantep, Şanlıurfa və Kilis əyalətlərimizə  təhlükə hələdə qalmaqda davam edəcək”, - deyə Ərdoğan bildirib.

 

Ərdoğan qeyd edib ki, Türkiyə Suriyanın şimalında hər hansı bir dövlətin yaradılmasına imkan verməyəcək.    


OXŞAR XƏBƏRLƏR