Qarabağ Universitetində ilk dərs günündən GÖRÜNTÜLƏR - VİDEO

Qarabağ Universitetində ilk dərs günündən GÖRÜNTÜLƏR - VİDEO

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır.

 

Sfera.az xəbər verir ki, 2024/25-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib. Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 olub. Bundan əlavə, ilk tədris ilində Qarabağ Universitetində hüquqşünaslıq, xarici dil müəllimliyi (ingilis dili), maliyyə və mühasibat ixtisasları üzrə "SABAH" qrupları təşkil olunub.

 

Müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini (kursunu) bitirmiş tələbələri arasında keçirilən müsabiqədə uğur qazanan 60 tələbə sözügedən dörd ixtisas üzrə Qarabağ Universitetinin "SABAH" qruplarında ikinci tədris ilində təhsil alacaq. İlkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı altı fakültədə - Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılacaq. Qarabağ Universiteti hazırda üç tədris binasında yerləşir. Əsas tədris binasında Pedaqoji, Mühəndislik, Humanitar və sosial elmlər, İqtisadiyyat və Turizm fakültələri, 2-ci tədris binasında İncəsənət fakültəsi, 3-cü tədris binasında isə Beynəlxalq dil mərkəzi fəaliyyət göstərir.

 

Tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi üçün ilk tədris ilinin müvafiq ehtiyacları nəzərə alınmaqla universitetdə altı (Fizika, Kimya, Mexatronika, Robototexnika, Kompüter və qrafiki dizayn, Kompüter və proqramlaşdırma) laboratoriya yaradılıb.

 

Müasir standartlara uyğun şəkildə dizayn edilmiş universitet kitabxanasının xidmətlərindən eyni vaxtda 200 tələbə istifadə edə bilər. Kitabxananın fondunda Azərbaycan, ingilis və rus dillərində altı mindən çox dərslik və digər ədəbiyyat mövcuddur. Burada tələbələr "Elektron kitabxana" sisteminin geniş imkanlarından faydalana bilərlər.

 

Hazırda universitetin 160 əməkdaşı var. Onlardan 60 nəfəri akademik heyətin üzvü, 100 nəfəri isə inzibati və texniki heyətin üzvüdür. Kadr heyətinin seçimi zamanı Qarabağ Universitetinin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili üçün vacib olan bilik və bacarıqlara sahib peşəkar mütəxəssislərə üstünlük verilib. Hazırda peşəkar və təcrübəli yerli və xarici professor-müəllim heyətinin akademik fəaliyyətə cəlb olunması istiqamətində işlər davam etdirilir. Bu prosesdə xaricdə yaşayan azərbaycanlı alimlər və müvafiq dövlət proqramları ilə nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil alan gənclər diqqət mərkəzində saxlanılır.

 

Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib, ali məktəbdə yaradılan şəraitlə tanış olub. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Bakı-Quba yolunda AĞIR QƏZA - Sürücü öldü

Bakı-Quba yolunun 29-cu kilometrliyində yol qəzası olub, sürücü ölüb.   Fəzail Cəlilovun idarə etdiyi “Hyundai Elantra” markalı minik avt...

Çin ABŞ-dən maye qaz alışını dayandırdı - Ticarət savaşı dərinləşir

Çin və ABŞ arasında ticarət müharibəsi enerji sektoruna da təsir edib.  Sfera.az "Financial Times"ın məlumatına istinadən xəbər verir ki, Çi...

Suriya Prezidentinin türmədə çəkilən şəkilləri yayılıb - FOTO

Suriyanın Prezidenti Əhməd Şaranın ABŞ işğalı dövründə İraqda yerləşən Taçi həbsxanasında saxlandığı və həmin vaxt çəkilmiş fotolarının yayımlanması böyük rezon...

Elm adamları ABŞ-ni tərk edir - Avropa bu fürsəti dəyərləndirmək istəyir

Avropa İttifaqı ABŞ Prezidenti Donald Trampın elmi siyasətləri nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalan alimləri qəbul etməyə hazır olduqlarını bildi...

Məhkəmə tiktoker "Xozeyn"lə bağlı QƏRAR VERDİ

Polis tərəfindən "TikTok" əməliyyatlarında saxlanılan "Xozeyn" ləqəbli tiktoker Vüqar Kərimovun həbs müddəti uzadılıb.   ...

Çin Zelenskinin dediklərini təkzib etdi: "Ukrayna məsələsində mövqeyimiz aydındır"

Çin hökuməti Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin Rusiyaya silah və barıt tədarük etməsi ilə bağlı səsləndirdiyi iddiaları cümə günü rəsmən təkzib e...