Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odyssey” gəmisini tərk etmək məcburiyyətində qalıb.

 

Sfera.az bildirir ki, bu tragikomik hadisə qadının WhatsApp messencerində qalan şəxsi mesajlarının sızması səbəbindən baş verib.

 

68 yaşlı Cenni Feniks, bəzi əşyalarını götürmək üçün kruiz səyahət zamanı Mayamidə dayanmağı planlaşdırmışdı, lakin gəmi təmirində davam edən gecikmələr fonunda o, WhatsApp qrupundakı digər sərnişinlərə təmirin heç vaxt dayanmayacağını bildirib. Qadın iddia edib ki, nəhəng gəmidə nasazlıqların aradan qaldırılması hətta Belfastdan getdikdən sonra da davam edə bilər.

 

Bu qəzəbli mesajlar səyahət təşkilatçıları tərəfindən də oxunub. Sərnişinə məlumat verilib ki, onun səfəri digər sərnişinlərin əhval-ruhiyyəsinə mənfi təsir göstərən davranışlarına görə ləğv edilir.

 

"Daimi şikayətləriniz və neqativliyinizlə bağlı sakinlərdən ondan artıq rəsmi şikayətlər almışıq. Bu davranış insanların əhval-ruhiyyəsinə və psixikasına ciddi təsir göstərib. Bunu nəzərə alaraq, sizinlə müqaviləmizi birdəfəlik ləğv etmək məcburiyyətindəyik”-deyə daşıyıcı şirkətin baş əməliyyat direktoru Keti Villalba qadına yazılı şəkildə bildirib.

 

Feniks bunu oxuyanda məəttəl qalıb:

 

 

 “Bunlar şəxsi söhbətlər idi. Həqiqətən də, hər dəfə gecikmə turistlər arasında məyusluğu artırırdı və çoxları mənə bütün qrupun maraqlarını müdafiə etdiyimə görə təşəkkür edirdi”-deyə o bildirib. 

 

Qeyd edək ki, amerikalı Cenni Feniks 147 ölkədə 425 istiqamətə səyahət etmək üçün may ayında Sauthemptona (Böyük Britaniya) uçub. Lakin ömür boyu xəyalını qurduğu arzusunu reallaşdırnaq heç vaxt ona qismət olmayıb.

 

Aynil

Sfera.az 


OXŞAR XƏBƏRLƏR

ABŞ-Çin razılaşması nefti bahalaşdırdı - RƏQƏMLƏR

ABŞ və Çin arasında qarşılıqlı ticarət rüsumlarının azaldılması barədə razılığın əldə olunmasından sonra dünya bazarlarında neft qiymətləri kəskin artıb &nbs...

4 bürc üçün xəyallar gerçəkləşir - Ürəyinizdə solan daxili alov yenidən alışacaq

Bu yazın sonuncu Tam Ayı, güclü emosiyalar, Kainatdan gələn işarələr və uzun müddət dayanmış vəziyyətlərdə irəliləyiş üçün bir fürsət gətirəcək. Dörd bürc üçün ...

"Unibank" nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb etdi

"Unibank" beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşl...

Bu komissiyanın tərkibində dəyişiklik edildi

Prezident İlham Əliyev 21 fevral 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə...

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub - FOTO

Mayın 11-də Xızı, Quba, Qax və Yevlax rayonlarında yaşayan uşaq və yeniyetmələr üçün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi ...

Prezident onu yenidən rektor təyin etdi - FOTO

Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti ...