"Real Madrid"in 18 yaşlı futbolçusu rekorda imza atdı

Dünya
00:00 / 19.09.2024
1884
"Real Madrid"in hücumçusu Endrik Çempionlar Liqasının əsas turunun ilk turunda Almaniya "Ştutqart"ı ilə oyunda unikal hesabla fərqlənib.
Sfera.az xəbər verir ki, 18 yaşlı braziliyalı matça əlavə olunmuş dəqiqələrdə qol vuraraq "Real"ın tarixində Çempionlar Liqasında qol vuran ən gənc futbolçu olub.
"Real"a yeni gələn 18 yaşlı idmançı 54 gündə belə bir göstərici qeydə alıb və əfsanəvi Raulu (18 yaş 113 gün) keçib.
Qeyd edək ki, yekunda Karlo Ançelottinin komandası 3-1 hesabı ilə qalib gəlib.
İnci
Sfera.az