"Trampın qolf hobbisi də təhlükəsizlik problemləri yaradır" - Ekloff

"Trampın qolf hobbisi də təhlükəsizlik problemləri yaradır" - Ekloff

ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı ikinci silahlı hücum Məxfi Xidmətin təhlükəsizlik problemlərini yenidən gündəmə gətirib.

 

Sfera.az bildirir ki, 20 il Məxfi Xidmətdə xidmət etmiş təqaüdçü agent Paul Ekloff bununla bağlı “BBC”yə açıqlama verib. O qeyd edib ki, Trampın yüksək profilli şəxsiyyəti təhlükəsizlik və maliyyə baxımından çətinliklər yaradır. 

 

Ekloff vurğulayıb ki, yalnız mühüm prezidentlər hücuma məruz qalır:

 

“Vəziyyət dəyişib. Trampın insanlar arasında keçirdiyi zaman, pərəstişkarlarının həvəsi və mitinqlərin böyüklüyü işləri çətinləşdirir. Onun qolf hobbisi də təhlükəsizlik problemləri yaradır. Tramp prezident olan zaman onun təhlükəsizliyinin təmin edilməsi daha asan idi”.

 

Bundan əvvəl Trampın təhlükəsizliyinin “ən yüksək səviyyədə” olduğunu açıqlanmışdı. Hücum cəhdlərindən sonra prezident Co Bayden jurnalistlərə bildirmişdi ki, Gizli Məxfi Xidmətin fəaliyyətinə yardım edilməlidir və Konqres bununla bağlı hərəkətə keçməlidir. 

 

Gizli Xidmətin direktoru vəzifəsini icra edən Ronald Rou  isə, “Məxfi Xidmətin artan missiya tələbləri əlavə resurslar tələb edir” deyə Konqresə yazdığı məktubda qeyd etmişdi.  Lakin Konqresdə büdcə müzakirələri nəticəsində Gizli Xidmətin büdcə yardımı alması ehtiyacının rədd edildiyi bildirilmişdi.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Qəzza ilə bağlı danışıqlar davam etdiriləcək

İsrailin Baş naziri Benyamin Netanyahu danışıqlarda iştirak edən komandasına Qətərdə Qəzza zolağında vəziyyətin nizamlanması və girovların azad edilməsi ilə bağ...

ABŞ-də avtomobili partlatmaqda şübhəli bilinən şəxs ordunun çavuşu olub

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Las-Veqasdakı hotelinin qarşısında “Tesla Cybertruck” avtomobilinin partlayışında şübhəli bilinən şə...

Prezidentin Qusarda vətəndaşlarla səmimi görüntüləri - VİDEO

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin bu gün Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən “Lakeside” hoteli...

Konqoda avtomobil yolunun tikintisində iştirak edən iki çinli öldürüldü

Çinin iki vətəndaşı Konqo Demokratik Respublikasının (KDR) cənubunda bir qrup yerli mütəxəssisi mühafizə edən polis zabiti tərəfindən öldürülüb.   Sf...

İlon Mask FTB-də islahatların zəruri olduğunu açıqladı

Amerikalı iş adamı İlon Mask FTB-də ciddi islahatların aparılmasının zəruri olduğunu bildirib.   Sfera.az xəbər verir ki, iş adamı bu barədə “X...

Avropada qazın qiyməti ən yüksək həddə çatdı

Bu gün Avropa ölkələrində qazın qiyməti 2023-cü ilin oktyabrından bu yana ən yüksək həddə çatıb.    Sfera.az xəbər verir ki, bu barədə “Bl...