Leyla Əliyeva uşaq bağçasının açılışında iştirak etdi - FOTOLAR

Leyla Əliyeva uşaq bağçasının açılışında iştirak etdi - FOTOLAR

Sentyabrın 18-də Bakının Nərimanov rayonunda yeni inşa edilən “Kəpənək” uşaq bağçasının açılışı olub.

 

Sfera.az xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

 

“Kəpənək” məktəbəqədər təhsil müəssisəsinin direktoru Yuliya Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya bağça barədə məlumat verib.

 

Bildirilib ki, məktəbəqədər təhsil müəssisəsinin əsas missiyası uşaqların həm akademik, həm də sosial-emosional inkişafı üçün geniş imkanlar yaratmaq və uşaqların məktəb mühitinə rahat inteqrasiyasına dəstək göstərməkdir.

 

“Kəpənək” uşaq bağçasında 3-6 yaşlı uşaqlar üçün məktəbəqədər təhsil və qayğı xidməti olacaq. Burada 3-4, 4-5 və 5-6 yaş arasında qruplar fəaliyyət göstərəcək. Məktəbəqədər təhsil müəssisəsi ilə tanışlıq zamanı bildirilib ki, yüksəkkeyfiyyətli təhsillə yanaşı, uşaqların hərtərəfli inkişafı və sosial tədbirlərdə fəal iştirakı da diqqət mərkəzində olacaq. “Kəpənək” bağçası uşaqlar üçün təhlükəsiz mühit olmaqla yanaşı, onların qayğı və sevgi ilə əhatə olunmasını hədəf götürüb. Həmçinin uşaqların həm əqli, həm də kreativ inkişafı üçün dərsdənkənar fəaliyyət nəzərdə tutulub.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iki mərtəbədən ibarət bağçanın müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş otaqları ilə tanış olub, tədris barədə vacib tövsiyələr verib.

 

Qeyd olunub ki, burada uşaqların təlim-tərbiyəsinə cəlb olunan heyətin davamlı peşəkar inkişafına, müxtəlif təlimlərdə iştirakına xüsusi önəm veriləcək. Bildirilib ki, məktəbəqədər təhsil müəssisəsi təhsildəki yeniliklər və yeni trendləri izləməyi, o cümlədən Kembric proqramını keyfiyyətli tədris etmək üçün onlayn təlimlərə qoşulmağı da planlaşdırır.

 


















OXŞAR XƏBƏRLƏR

Suriya Prezidentinin türmədə çəkilən şəkilləri yayılıb - FOTO

Suriyanın Prezidenti Əhməd Şaranın ABŞ işğalı dövründə İraqda yerləşən Taçi həbsxanasında saxlandığı və həmin vaxt çəkilmiş fotolarının yayımlanması böyük rezon...

Elm adamları ABŞ-ni tərk edir - Avropa bu fürsəti dəyərləndirmək istəyir

Avropa İttifaqı ABŞ Prezidenti Donald Trampın elmi siyasətləri nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalan alimləri qəbul etməyə hazır olduqlarını bildi...

Məhkəmə tiktoker "Xozeyn"lə bağlı QƏRAR VERDİ

Polis tərəfindən "TikTok" əməliyyatlarında saxlanılan "Xozeyn" ləqəbli tiktoker Vüqar Kərimovun həbs müddəti uzadılıb.   ...

Çin Zelenskinin dediklərini təkzib etdi: "Ukrayna məsələsində mövqeyimiz aydındır"

Çin hökuməti Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin Rusiyaya silah və barıt tədarük etməsi ilə bağlı səsləndirdiyi iddiaları cümə günü rəsmən təkzib e...

Azərbaycana gələn turistlərin sayı azalıb

Bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.1 faiz azalaraq 508 min nəfər olub.    Sfera.az ...

İran prezidenti bu tarixdə Azərbaycana gəlir

Aprelin 27-də İran prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Ticarət, Sənaye...