Azərbaycanın Əməkdar artisti görün kimə ərə gedib? - Özündən 29 yaş kiçikdi

Azərbaycanın Əməkdar artisti görün kimə ərə gedib? - Özündən 29 yaş kiçikdi
"Mənə qarşı olan haqsızlıqlardan bezib, depressiyaya düşmüşdüm. Həmin vaxt hər şeydən uzaqlaşmışdım. Ta ki, hazırkı həyat yoldaşımı tanıyana qədər. Onu tanıyandan sonra həyatımda hər şey dəyişdi”. 

Bu sözləri lent.az-ın "Canlı yayım"ında qonaq olan əməkdar artist Naibə Allahverdiyeva deyib. 

N.Allahverdiya yenidən ailə qurması barədə də danışıb: "Yenidən ailə qurmalı idim. Bəlkə də yenidən ərə getməzdim. Amma tənha qalmaqdan qorxdum. Məcburən yox, sevərək ailə qurdum. Yazmışdılar ki, ailə qurduğum şəxs məndən 29 yaş kiçikdir. Amma belə deyil. Özüm də şoka düşmüşdüm ki, niyə belə yazıblar? Heç vaxt özümdən kiçik biri ilə ailə qurmaram. Ailə qurduğum şəxs evli olub, iki uşağı var. Amma 2013-ci ildə boşanıb. O mənim həyatıma gələndən sonra hər şey dəyişdi. Həyata marağım artdı. Xoşbəxtəm”.

Aktrisa onu da bildirib ki, o, kiminsə ailəsini dağıtmayıb: "Deyirlər ki, guya kiminsə ailəsini dağıtmışam. Bu, yalandır. Mənim özümün 1-ci ailəmi dağıtdılar. Ayrıldıq, keçmiş yoldaşım ailə qurdu və özünə toy etdi. Həmin toyda bir çox sənət adamları da iştirak etdi. Mən də buna normal baxdım. Ona pislik yox, xoşbəxtlik dilədim. Amma mən indi heç kimin ailəsini dağıdıb, yenidən ailə qurmamışam. İndiki həyat yoldaşım mənimlə ailə qurmadan qabaq, birinci ailəsindən boşandığı barədə sənədləri mənə göstərdi. Əmin oldum ki, rəsmən boşanıb”.

Bir qız anası olan N.Allhverdiya bildirib ki, yenidən övlad dünyaya gətirmək niyyətində deyil: "Yenidən ana olmaq barədə düşünmürəm. Bu gün çox peşmanam. İstərdim ki, çox uşağım olsun. Uşaqları çox sevirəm. Qızım təkdir, darıxır. Amma indi yenidən ana olmağım gecdir”. 

 


OXŞAR XƏBƏRLƏR

“Aztelekom”un əməkdaşı Heydər Əliyev zirvəsinə qalxdı - FOTOLAR

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC-nin əməkdaşı Nicat Səfərov Ümummilli Li...

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...

Bakıda bu məktəbdə “Son zəng” üçün pul yığılır? – RƏSMİ

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdı...

Ceyhun Mirzəyevin yeganə qızıMoskva küçələrində

"Ögey ana", "Fəryad" kimi məşhur filmlərdə rol alan mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Moskvada küçədə yaşayır. &nbs...