Dramatik hekayəsi ilə “Fil Adam” filminə ilham verən bəxtsiz adam - FOTO

Bir çoxumuz onu Devid Linçin 1980-ci ildə çəkdiyi “Fil Adam” filmindən tanıyırıq. Tibb elminin hələ o qədər də inkişaf etmədiyi bir vaxtda çox nadir bir xəstəlik aşkarlanan Cozef Merrikin hekayəsi kifayət qədər maraqlıdır.
Sfera.az “Fil Adam” Cozef Merrikin dramatik hekayəsini təqdim edir.
1862-ci ildə Böyük Britaniyada anadan olan Cozef Merrik gənc yaşda fil xəstəliyinə tutulub və bədənində deformasiyalar başlayıb. Fiziki qüsurlu olduğu təxmin edilən anası Cozef hələ gənc ikən vəfat edib. Anasının ölümündən sonra atası başqa uşaqlı qadınla evlənir. Ögey anası digər övladları kimi yaraşıqlı olmayan Cozefi hər zaman diqqətdən kənarda qoyur, onunla pis davranır. Bu zülmə dözməyən balaca Cozef evi tərk edir.
Görünüşünə görə heç yerdə iş tapa bilməyən Cozef çarəsiz halda şəhərdə dolaşarkən sirkə rast gəlib. Burada qəribə görünüşlü və kostyum geyinmiş insanların müxtəlif şoularla insanları əyləndirdiyini və ya qorxduğunu gördükdə ağlına bir fikir gəlir:
O, hər kəsin "qorxulu" hesab etdiyi bədənini nümayiş etdirərək pul qazana biləcəyini anlayır. O bu təklifi sirkə də edir və hekayəsini danışır. Əyləncəli Torr hekayəni bəzəyərək şouya çevirir və onlar birlikdə pul qazanırdılar.
Bundan sonra işlər tamamilə Cozefin nəzarətindən çıxıb. Belə ki, Cozef şou aparıcıs Torrun “qəfəs heyvanı” kimi qəbul etdiyi istismar alətinə və gəlir mənbəyinə çevrilməkdən qaça bilməyib. O, ifa etdiyi tamaşaya baxarkən London xəstəxanasında cərrah işləyən həkim Frederik Trevesin diqqətini çəkib. Beləliklə Cozef, müxtəlif müayinələr üçün xəstəxanaya yerləşdirilib. Kral ailəsinin və zadəganların diqqətini çəkən Cozef zamanla bütün ölkədə məşhurlaşıb. Xəstəxananın idarə heyətinin qərarı ilə qalacağı otaq ömrünün sonuna qədər ona ayrılır. O, tədricən yeni həyat şəraitinə uyğunlaşır və onun zərif, humanist, yaradıcı və bədii mahiyyəti üzə çıxır.
Xəstəxana otağının pəncərəsindən damın yalnız bir hissəsini görərək hazırladığı kilsə maketi onun yaratdığı ən gözəl sənət əsəri hesab olunur.
Kəlləsi çox böyük olduğu üçün ömrü boyu oturaraq yatmalı olur. 1890-cı il aprelin 11-də adi insanlar kimi yatmaq istədiyi üçün kürəyi üstə uzanarkən 27 yaşında boğularaq ölüb.
1986-cı ilə qədər Cozefin Wiedemann sindromu kimi tanınan nadir anadangəlmə xəstəlik olan Proteus sindromu olduğu məlum deyildi. Fil adamının sümükləri və tükləri üzərində aparılan DNT testləri nəticəsində bu xəstəlik 2003-cü ildə təsdiqlənib.
Onun həyat hekayəsi isə 1980-ci ildə rejissor Devid Linçin çəkdiyi "Fil Adam" filmi ilə böyük ekranlara çıxarılıb.
Aynil
Sfera.az