Rumıniya parlamentində yanğın baş verdi


Rumıniya parlamentində yanğın baş verdi

Naməlum şəxs Rumıniya parlamentini yandırmağa cəhd edib.
 

Sfera.az xəbər verir ki, bu barədə "Puterea" nəşri məlumat yayıb.
 

Binadan 300 nəfər təxliyə edilib. Cinayətkar bir qrup ziyarətçi ilə binaya daxil olaraq oradakı mağazanı yandırıb, malların üzərinə və işçilərdən birinə benzin töküb. Üzərinə tez alışan maye vurulan şəxs yanıq xəsarəti almasa da, panik atak keçirib. Yanğın parlamentin iclaslarına gələnlər üçün nəzərdə tutulan giriş hissədə və xüsusi mühafizə olunan ərazidən kənarda baş verib. Yanğın sahəsi 30 metr olub.
 

Aksiyadan sonra hücum edən şəxs qaça bilib və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarışa verilib.
 

Bundan əvvəl Rumıniya Qara dəniz sahilində cərəyanla yuyulmuş dəniz desant əleyhinə minasını zərərsizləşdirib . Ölkənin cənub-şərqində Qrindul Kituk yaxınlığında partlayıcı obyekt aşkar edilib.


İnci

Sfera.az


OXŞAR XƏBƏRLƏR