Husilər ABŞ-yə məxsus PUA-nı VURDULAR
Dünya
13:43 / 16.09.2024
1325
Husilər ABŞ-nin daha bir pilotsuz uçuş aparatı (PUA) “MQ 9 Reaper”i vurublar.
Sfera.az xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı husilərin nümayəndəsi Yəhya Sariyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, PUA Yəmənin cənub-qərbindəki Damar əyaləti üzərində vurulub.
Bildirilib ki, bu, bir həftə ərzində ələ keçirdikləri üçüncü ABŞ PUA-sıdır. Yaxın Şərqdə eskalasiya başlayandan (2023-cü il oktyabrın 7-dən - red.) bəri onlar 10 PUA-nı sıradan çıxara biliblər.
Döyüş və kəşfiyyat tapşırıqlarında istifadə edilən bu PUA modelinin dəyəri 35 milyon dollar qiymətləndirilir.