Trampın yenidən seçilməsi birjalara necə təsir etdi?

Trampın yenidən seçilməsi birjalara necə təsir etdi?

“Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi birjalara da təsirsiz ötüşməyib. Seçki nəticələrindən təsirlənən birjalarda bondların, dolların, əsas səhmlərin və eləcə də “Bitcoin”in qiymətində artımlar qeydə alınıb. ABŞ bondları 4.5 faiz, dollar isə səbət valyutalara nisbətən 2.0 faiz güclənib. “Bitcoin”in qiyməti ilk dəfə olaraq 75.0 min dollaradək yüksəlib”.

 

Sfera.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.

 

V. Bayramov qeyd edib ki, ABŞ birjalarında pozitiv dəyişikliklərə rəğmən digər aparıcı ölkə bazarlarında volatillik davam edib:

 

“Avro dollara nisbətən 2.0 faizə yaxın ucuzlaşıb. İnvestorlar Trampın ikinci prezidentlik dönəmində ABŞ-nin daxili bazarına yönəlik siyasətinin güclənəcəyini güman edirlər. Bu səhər 2.0 faizə yaxın dəyər qazanan S&P 500 indeksi məhz onun birinci prezidentliyi dövründə 70.0 faizə dəyər qazanmışdı.

 

Göründüyü kimi, ABŞ indekslərində artım fonunda digər aparıcı qlobal mərkəzlərin birjalarında xüsusi canlanmalar müşahidə edilmir. Bu isə, Trampın birinci prezidentlik dönəmindəki iqtisadi siyasəti davam etdirəcəyi ilə bağlı mesajlar ilə əlaqədərdir”.

 

Parlamentari bildirib ki, Trampın yenidən prezident seçilməsinin Azərbaycan ABŞ münasibətlərinə təsirlərinə gəldikdə isə ölkəmiz Birləşmiş Ştatlar ilə əməkdaşlıq ruhunda əlaqələrdə maraqlıdır:

 

“Bütövlükdə, Azərbaycan ərazi bütövlüyü və suverenliyə hörmət çərçivəsində digər dövlətlər ilə münasibətlərin güclənməsinə töhvə verir.

 

ABŞ-dəki son prezident seçkilərinin nəticələrinin Azərbaycan iqtisadiyyatı və eləcə də manata təsirlərinə gəldikdə isə, ölkəmizin əsas ticarət tərəfdaşı Avropa İttifaqı olduğundan bu tərəflər arasındakı ticarət dövriyyəsinə xüsusi təsir göstərməyəcək. Bununla belə, dünya bazarında dolların səbət valyutalara nisbətən daha möhkəmlənməsi və enerji resurslarının qiymətinin azalacağı da istisna deyil. Amma ABŞ-Körfəz əməkdaşlığı da neftin qiymətinə xüsusi təsirlərə malik olacaq. Belə əməkdaşlıq birjalarda nefti potensial təsirlərdən qoruya bilər”.


OXŞAR XƏBƏRLƏR

Mərkəzi Bank dolların bu günə olan məzənnəsini AÇIQLADI

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.   Sfera.az-ın məlumatına görə, 2025-ci il yanvarın 15-də ABŞ dollarının məzənnəsi ...

Cənubi Koreya Prezidenti həbs olundu

Müstəntiqlər Cənubi Koreya tarixində ilk dəfə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan Prezident Yun Sok Yolu qiyam ittihamı ilə h...

Rəsmi Bakıdan ABŞ səfirliyinə- CAVAB

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ-nin Bakıdakı səfirliyinin iddialarına cavab verib.   Sfera.az xəbər verir...

Yaşar Əliyev Quterreşlə görüşdü

Azərbaycanın BMT yanında sabiq daimi nümayəndəsi Yaşar Əliyev dünya təşkilatının Baş katibi Antonio Quterreşlə görüşüb.   Sfera.az xəbər verir ki, bu...

Ən sağlam balıq növləri BUNLARDIR - Diyetoloqdan AÇIQLAMA

Bəzi balıq növləri sağlamlıq üçün xüsusilə faydalıdır.   Sfera.az xəbər verir ki, bunu qastroenteroloq və diyetoloq Elvira Beleva deyib. Onun sözləri...

Los Ancelesdəki yanğınlara Yeni il atəşfəşanlığının səbəb olduğu ehtimal edilir

Kaliforniya və Los-Ancelesdə yanğınlar yenidən güclənir və dünya məşhurları dəbdəbəli evlərini itirirlər. İlk yanğının mənbəyi Yeni il ərəfəsindəki atəşfəşanlıq...