Yerin oxu 80 sm sürüşdü - SƏBƏB
Dünya
17:16 / 12.09.2024
7450
Yeni aparılan tədqiqatlar son 20 il ərzində Yerin fırlanma oxunun 80 sm Şərqə sürüşdüyünü üzə çıxarıb.
Sfera.az xəbər verir ki, mütəxəssislər sürüşmənin səbəbini yeraltı suların həddindən artıq çox çıxarılması ilə izah edirlər.
Belə ki, 1993-2010-cu illər arasında yerin altından ümumilikdə 2 trilyon ton su çıxarılıb. Bu sular içmək üçün və aqrar sahələrdə istifadə edilir, sonda isə dənizlərə axıdılır. Nəticədə insan Yer kürəsində olan suların yerini dəyişdirir. Bu isə öz növbəsində Yerin fırlanma oxunda sürüşməyə səbəb olur.
Asya