Ermənistanın müdafiə naziri Çinə SƏFƏR ETDİ
Dünya
16:52 / 12.09.2024
7113
Ermənistanın müdafiə naziri Suren Papikyan Çinə səfər edib.
Sfera.az Ermənistan mediasına istinadən xəbər verir ki, Suren Papikyan çinli həmkarı Dong Jun ilə görüşüb.
Görüş zamanı son illər Ermənistanla Çinin müdafiə sahəsində əməkdaşlığı genişləndirdiyi bildirilib.
Müzakirələrdə nazirlər hər iki ölkə arasında xüsusilə hərbi sahədə tərəfdaşlığın, eləcə də ikitərəfli görüşlərin əhəmiyyətinə toxunublar.
Müdafiə nazirləri regional və beynəlxalq təhlükəsizliyi də müzakirə edib.