Nikol Paşinyan: "Kommunikasiyaların açılması Cənubi Qafqazda uzunmüddətli sülhə doğru addımdır"

Nikol Paşinyan: "Kommunikasiyaların açılması Cənubi Qafqazda uzunmüddətli sülhə doğru addımdır"

Nəqliyyat kommunikasiyalarının açılması Cənubi Qafqazda uzunmüddətli sülhə doğru mühüm addımdır.

 

Sfera.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan “İrəvan dialoqu” forumunda çıxışı zamanı deyib.

 

O, bununla əlaqədar ermənilərin “Dünyanın kəsişməsi” təşəbbüsünü təqdim edib.

 

“Bu təşəbbüs bizim üçün strateji əhəmiyyətli ölkə olan İranla, gələcəkdə isə Türkiyə və Rusiya ilə dəmir yolu əlaqəsi təmin etdiyi üçün vacibdir. Azərbaycan həm də Türkiyə və İranla dəmir yolu əlaqəsi əldə etmək imkanına malik olur”, - N.Paşinyan qeyd edib.

 

O əlavə edib ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən avtomobil və dəmir yolu kommunikasiyalarının açılması da mühüm addımdır.

 

“Ermənistan bu imkanı yaratmağa hazırdır, baxmayaraq ki, Naxçıvan artıq İran və Türkiyə vasitəsilə xarici dünyaya çıxış əldə edib”, - baş nazir qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Əli Əsədov qərar imzaladı

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib. Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb. ...

Küçələrdən yığdığı butulkalarla ev aldı - FOTO

Yeni Cənub Galler əyalətində Damian Qordon adlı şəxs illərdir küçələrdən yığdığı butulkalarla özünə iki otaqlı balıqçılıq kabinəsi alıb.   Sfera.az&n...

Xarici şirkətin Azərbaycandakı filial direktoru HƏBS EDİLDİ

“Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited” şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurov dələduzluq ittihamı ilə həbs ed...

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.   Bu bardə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional q...

“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

Paytaxtın bir çox məkanlarında qoyulan "BakıKart" terminallarında balansı artırmaq üçün qəpikdən istifadə etmək mümkün deyil.   Xüsusilə me...

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi...