3700-dən çox əcnəbi daşınmaz əmlak alıb

3700-dən çox əcnəbi daşınmaz əmlak alıb
 
2016-ci ildə 3704 əcnəbi Azərbaycandan daşınmaz əmlak (mənzil, bağ evi, torpaq və s.) alıb. 

Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Qulu Xəlilov deyib. 

Komitə rəsmisi qeyd edib ki, bu il Bakıdan ev alan əcnəbilərin sayı 958 nəfərdir. 2746 əcnəbi ölkə vətəndaşı isə respublikanın digər yerlərində daşınmaz əmlaka sahib olub. 

Q.Xəlilov, həmçinin bildirib ki, xarici vətəndaşlar tərəfindən qeydiyyata alınmış daşınmaz əmlakların (mənzil, bağ evi, torpaq və s.) sayı 2015-ci ildə 4742 nəfər olub. Bunlardan 702 nəfəri Bakı, 4040 nəfəri isə regionlar üzrə daşınmaz əmlaka sahib olublar. 

Komitə sözçüsü vurğulayıb ki, Azərbaycanda ən çox daşınmaz əmlak sahibi olan əcnəbilər Rusiya, Türkiyə, ərəb ölkələri, MDB ölkələri və Avropa ölkələrindən olan vətəndaşlardır.



OXŞAR XƏBƏRLƏR

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...

Kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı

Beyləqanda iki gün əvvəl kanalda batan 14 yaşlı şəxsin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat ...

TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı

TƏBİB Mingəçevirdə Kür çayında iki katerin toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.   Qurumdan Sfera.az-a bildirilib ki, bu gün ...

FHN bu bazarı bağladı- VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zə...

"Dedilər ki, Azərbaycana səfər təhlükəli ola bilər"

İran Prezidenti Məsud Pezeşkian Azərbaycandan qayıtdıqdan sonra hökumət nümayəndələri və jurnalistlər qarşısında çıxış edib.   Sfera.az xəbər verir k...

Bu BÜRCLƏRİN əlinə tezliklə çoxlu pul gələcək

Bürcün bəzi əlamətləri yaxın gələcəkdə maliyyə vəziyyətində əhəmiyyətli yaxşılaşma gözləyə bilər.    Sfera.az-ın məlumatına görə, bəziləri üçün ...