KİV: "Donald Tramp Kamala Harrisi 1 faiz səslə üstələyib"
Dünya
12:32 / 09.09.2024
1947
ABŞ prezidentliyinə namizəd Kamal Harris Donald Trampla növbəti debat öncəsi liderliyi itirmək üzrədir.
Sfera.az-ın “The New York Times“ nəşrinə istinadən xəbərinə görə, sonuncu sorğunun nəticəsi rəqiblər arasında 1 faizlik fərqin yarandığını ortaya qoyub.
Belə ki, D. Tramp 48, K. Harris isə 47 faiz respondentin dəstəyini qazanıb
.
“CBS News”un keçirdiyi rəy sorğusu isə əksinə, Kamala Harrisin 1 faiz öndə olduğunu göstərib. Rəqiblər arasında növbəti debatlar isə sentyabrın 10-da Filadelfiyada keçiriləcək.
Bu arada, Donald Tramp seçkidə qələbə qazandıqdan sonra saxtakarlıq faktlarında adları hallanan məmurlara qarşı sərt tədbirlər görəcəyinin anonsunu verib.