Livanın baş naziri Qərb səfirləri ilə təcili görüş TƏLƏB ETDİ
12:15 / 09.09.2024
1958
İsrailin Livanın cənubunda mülki müdafiə heyətinə hücumundan sonra Baş nazir Nəcib Mikati Qərb səfirləri ilə təcili görüş tələb edib.
Sfera.az xəbər verir ki, bu barədə “Al Jazeera“ məlumat yayıb.
"İsrail qüvvələrinin beynəlxalq qanunlara və normalara məhəl qoymamasına əsaslanaraq, mən hökumət sarayında Qərb səfirləri və beynəlxalq təşkilatların nümayəndələri ilə təcili görüş keçirməyə çağırmışam", - deyə Baş nazir əlavə edib.
Məlumatda bildirilir ki, iclasın məqsədi İsrailin Livana qarşı davam edən hücumlarını dayandırılması üçün hər kəsi məsuliyyətə cəlb etmək və İsrail qüvvələrinə təzyiq göstərməkdir.