"Türkiyənin BRICS-ə qoşulmaqla bağlı niyyəti ciddidir" - Lavrov
“Güman edirəm ki, hökumət konkret addım atdığını söyləyəndə arxasında ciddi niyyət dayanır”.
Sfera.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RBC-yə müsahibəsində Türkiyənin BRICS-ə qoşulmaq istəyindən danışarkən bildirib.
Rusiyanın baş diplomatı əlavə edib ki, BRICS-də qeyri təşkilatların üzvləri ilə əlaqə saxlanmasını qadağan edən heç bir qayda yoxdur.
O, Türkiyənin NATO üzvlüyünə və uzun müddətdir, gündəmdə olan Aİ-yə namizəd statusuna da toxunub:
"BRICS ilə müxtəlif əməkdaşlıq formalarını inkişaf etdirən tamhüquqlu üzvlər və ölkələr üçün əsas şey Avropa İttifaqının Ukraynada müdafiə etdiyi dəyərlərdən fərqli olan ümumi dəyərləri bölüşməkdir".
"Bütün BRICS üzvləri BMT Nizamnaməsinin müddəalarına bütövlükdə və qarşılıqlı əlaqədə əməl etməyə hazırdır", - Lavrov fikrini yekunlaşdırıb.
Firuzə Əliyeva