Payız və yaz qısalır - Qlobal istiləşmə ekstremal hadisələri artırır
2024-cü ilin yayı dünyanın ən isti yayı olub.
Sfera.az “Reuters”ə istinadən xəbər verir ki, ən isti yay 2023-cü ildə qeydə alınmışdı. 2024-cü ildəki nəticələr rekordun yenilənəcəyini göstərir. Xüsusən iyun və avqustda ən isti aylar müşahidə edilib.
“Reuters”in məlumatına görə, qlobal istiləşmə planetdə ekstremal hadisələrin daha da şiddətlənməsinə səbəb olur. Planetin dəyişən iqlimi bu yay fəlakətləri artırıb. Sudanda keçən ay güclü yağışlar nəticəsində baş verən daşqınlar 300 mindən çox insanı təsirləndirib və müharibədən əziyyət çəkən ölkəyə vəba xəstəliyini gətirib.
Alimlər, həmçinin təsdiq ediblər ki, iqlim dəyişikliyi Avropada da quraqlığı artırır. Quraqlıq əlamətləri İtaliyanın Siciliya və Sardiniya adalarında daha şiddətlidir. Alimlər iyul ayında Filippin, Tayvan və Çini keçərək 100-dən çox insanın ölümünə səbəb olan Qaemi qasırğasını gücləndirdiyini də düşünür.
Aparılan müşahidələr göstərir ki, qlobal istiləşmə havaların soyuq və qarlı keçdiyi ölkələrdə qış mövsümünün müddətini azaldır. Ən önəmlisi isə budur ki, tədricən payız və yay mövsümlərinin müddəti azalmağa doğru dəyişir.
Vasif