"Əgər Ermənistan qısa müddətdə təxribatçı fəaliyyətinə son qoymasa..."

"Əgər Ermənistan qısa müddətdə təxribatçı fəaliyyətinə son qoymasa..."

"Qərbi Azərbaycandan zorakılıqla qovulmuş soydaşlarımızın parlamentdə öz tarixi ata-baba yurdlarına qayıdışına dəstək məqsədilə müvafiq komitə formalaşdırmalıyıq"

 

Sfera.az xəbər verir ki, bunu ƏHD partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-ın sualını cavablandırarkən deyib.

 

 - Qüdrət bəy, Qərbi Azərbaycan İcması Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini şübhə altına alan seperatçı qüvvələrin Ermənistanda fəallaşması ilə əlaqədar bəyanatla çıxış edib edib. Bəyanatda deyilir ki, Ermənistan bu cür qüvvələrin fəaliyyətinə son qoymasa onlar Qərbi Azərbaycan mühacirət hökuməti yaradacaqlar və yeni çağırış Milli Məclisə müraciət edəcəklər ki, Qərbi Azərbaycanlıların qayıdışı üzrə Komitə formalaşdırılsın. Bu məsələyə münasibətinizi bilmək istərdik.

 

Çox təəssüf ki, Ermənistan hökuməti siyasi riyakarlığına son qoymur. Bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə seperatçı qüvvələrə Ermənistan parlamentində "repatriasiya komissiyası" yaratmaqla geniş fəaliyyyət imkanı yaradır, cəmiyyətdə yeni müharibəyə səbəb olacaq, xaricdən yönləndirilən və qızışdırılan revanşist qüvvələrin fəaliyyətlərini genişləndirmələrinə hər cür şərait yaradır. Qərbi Azərbaycan İcmasının bəyanatını tam dəstəkləyirəm. Əgər Ermənistan qısa müddətdə təxribatçı fəaliyyətinə son qoymasa, Qərbi Azərbaycandan zorakılıqla qovulmuş soydaşlarımızın Azərbaycan Respublikasında özlərinin mühacir hökumətlərini qurmalarına hər cür dəstək olmalı, parlamentdə onların öz tarixi ata-baba yurdlarına qayıdışına dəstək məqsədilə müvafiq komitə formalaşdırmalıyıq.

 

 Bu Ermənistana və onun havadarlarına layiqli cavab olardı. Ermənistan anlamalıdır ki, onun tutduğu yol erməni xalqına və dövlətinə yaxşı heç nə vəd etmir.


OXŞAR XƏBƏRLƏR

Məşhur aktyor bu ölkənin vətəndaşlığını aldı

Türkiyəli məşhur aktyor Çağatay Ulusoy ikinci ölkənin vətəndaşlığını əldə edib.   Sfera.az xəbər verir ki, Ulusoy Bolqarıstan vətəndaşlığını ala...

Buraxılış və qəbul imtahanları BİRLƏŞDİRİLƏCƏK?

“Bu gün vəziyyət o həddə çatdırılıb ki, sanki təhsilin vəzifəsi yalnız imtahan keçirməkdən ibarətdir. Ali məktəb sevdası, indiki qədər “diplomlu olm...

Yağış, dolu - Sabahın HAVASI

İyunun 24-də gözlənilən hava şəraiti açıqlanıb.   Sfera.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarıma...

İsrail Tehranın mərkəzinə zərbələr endirir

İsrail Tehranın mərkəzində hökumət obyektlərinə güclü zərbələr endirir.   Sfera.az “Times of Israel” nəşrinə istinadən xəbər verir ki, bu...

"İsrail Trampı razı sala bilər ki, İranda..." - AÇIQLAMA

Bir müddət bundan əvvəl Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp İranda rejim dəyişdiyini istəmədikləri barədə bəyanat vermişdi, amma son bəyanatla...

Bahar Candan və Dilan Polatın “halva” paylaşımı narazılıq yaratdı - VİDEO

Anoreksiya xəstəliyindən əziyyət çəkən və bir neçə gün əvvəl vəfat edən 30 yaşlı Nihal Candanın ardından yayılan görüntülər Türkiyə ictimaiyyətinin sərt reaksiy...