Polad Bülbüloğlu Zatulinin bəyanatları ilə bağlı Dövlət Dumasına MÜRACİƏT ETDİ

Polad Bülbüloğlu Zatulinin bəyanatları ilə bağlı Dövlət Dumasına MÜRACİƏT ETDİ

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin təxribatçı bəyanatları ilə bağlı Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub göndərib.

 

Sfera.az xəbər verir ki, səfir məktubda Dövlət Duması sədrinin diqqətini deputat Zatulinin növbəti çirkin hərəkətinə çəkib. Zatulin artıq fəaliyyət göstərməyən “DQR”in “Müstəqillik günü” münasibətilə bu il sentyabrın 2-də “təbriklər” dərc edib.

 

“Zatulin təxribat xarakterli müraciətində guya “Rusiyadakı qayğıkeş insanlar” adından çıxış edərək separatçılara dəstək verməklə, artıq başa çatmış münaqişəni canlandırmaq üçün xəyali ümidlərlə erməni cəmiyyətində revanşist qüvvələri yenidən təhrik edir. Üstəlik, o, çıxışında separatçı rejimin keçmiş rəhbərlərinə və əlləri günahsız azərbaycanlıların qanına bulaşmış digər terrorçulara istinad edir”, - P.Bülbüloğlu bildirib.

 

Məktubda qeyd edilib ki, Ermənistanda “persona non-grata” elan edilən K.Zatulin Rusiya cəmiyyətində ekspansionist baxışları və narrativləri təbliğ etməkdə davam edir: “O, Rusiyada yaşayan erməni millətindən olan himayədarlarının siyasi sifarişlərini yerinə yetirir. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş təxribat xarakterli fəaliyyətlər həyata keçirməklə Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək məqsədi güdür”.

 

Səfir xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putinin ötən ay Azərbaycana dövlət səfəri zamanı tərəflər əməkdaşlığın yüksək səviyyəsini bir daha təsdiqləyiblər, həmçinin Rusiya lideri Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olmasına töhfə verməyə hazır olduğunu bildirib.

 

Diplomat bu məsələyə prinsipial yanaşmağı və gələcəkdə Zatulinin bu cür təxribat xarakterli hərəkətlərinin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyi xahiş edib.


OXŞAR XƏBƏRLƏR

Sabah Bakıda 25 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.     Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən...

Dövlət büdcəsinə 14 milyard manat pul toplanıb - Bu, proqnozdan çoxdur

2025-ci ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsinin gəlirləri 13,965 milyard manat olub. Bu, 4 aylıq proqnozdan 219,7 milyon manat və ya 1,6% çoxdur. ...

Bakıda havanın temperaturu 25 dərəcəyə yüksələcək

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətində...

Bakıda avtomobil qiymətinə telefon satışa çıxarıldı - FOTO

Bakıda "Vertu" markalı mobil telefon fantastik qiymətə satışa çıxarılıb.   Sfera.az xəbər verir ki, bu barədə məlumat yerli elan saytl...

Avropa Rusiyadan qaz idxalını tam dayandıracaq - Tarix açıqlandı

Avropa İttifaqı (Aİ) 2025-ci ilin iyun ayında Rusiyadan qaz idxalını tam qadağan edən qanun layihəsi təklif etməyi planlaşdırır. Qanun layihəsi ən geci 202...

Bakıda 17 təhsil müəssisəsi yaxşı məktəblərin sırasındadır

Bu il respublika üzrə yaxşı məktəblərin sırasına şəhərin 17 təhsil müəssisəsi daxil olub.   Bu barədə Sfera.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məl...