Türkiyə ordusu İraqda PKK-nın altı üzvünü öldürdü

Siyasət
14:27 / 03.09.2024
3477
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçirib.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, İraqın şimalındakı Hakurk və "Pəncə-kilid" əməliyyat bölgələrində 6 PKK terrorçusu öldürülüb.
Nazirlikdən vurğulanıb ki, terrorçulara qarşı mübarizə davam edəcək.