"Rayon adamıyam, ikinci dəfə ərə getsəm, məni..." - Xalq artisti

"Mən yalnız sənətimlə xoşbəxt olub, balalarımla şükür etmişəm. Evimin və sənətimin fəhləsiyəm. Ürəyim istəyən ailəyə sahib oldum, amma sona kimi alınmadı”.

Bu sözləri xalq artisti Fatma Mahmudova "Qonaq gəl bizə” verilişində deyib. 

Aktrisa bildirib ki, ikinci dəfə ailə qurmağı düşünmür: 

"Ailəni axıra qədər saxlamağa gücüm çatmadı. Çox qorudum, xoşbəxtliyi sona qədər yaşaya bilmədim. Sadəcə bir an xoşbəxt oldum. İstədiyim adama vaxtında qovuşdum, tez itirdim. Sərbəstliyi sevən, özüm bildiyimi edən olmuşam. Heç vaxt da ziyan çəkmədim. Taleyim uğursuz alındı. Bu gün xoşbəxtəm ki, iki tərbiyəli övlad böyütmüşəm. Onların özünü cəmiyyətdə mənim və atalarının adına layiq aparması bəsdir. Çox əziyyət çəkmişəm, amma efirdə dərdimi deməmişəm. Desəm, tamaşaçı gərək hönkür-hönkür ağlasın. Hər zaman dik gəzirəm heç kim hiss etmir ki, nə yaşayıram. İkinci dəfə ərə getmək mənə yaraşmaz, rayon adamıyam”.

F.Mahmudova mərhum həyat yoldaşı, aktyor Tofiq Qarayevin ona ağır günlər yaşatdığını deyib:

"Ailəmə görə mənə elə xəyanət ediblər ki, ölən günə kimi bağışlamaram. Mən ancaq öz yoldaşımın dalınca düşdüm, o qaçdı mən qovdum. Onu düşdüyü ab-havadan ölənə qədər qaytara bilmədim. Böyük sənətkar idi, onu qorumaq istəyirdim, amma bacarmadım. Onu bu sənətdən yox etməyə çalışırdılar. Ətrafı istəmirdi ki, o sevilsin. Hamı məni qınayırdı ki, niyə arxasınca qaçırsan? Ürəyimlə bacaran insan deyiləm. Öləndə də bununla barışa bilmirdim. Hamı deyirdi, sənə etdiyi pislikləri yadına sal, rahatla”./axsam.az/

OXŞAR XƏBƏRLƏR

Meksika "Google"u məhkəməyə verdi

Meksika hakimiyyəti "Google" korporasiyasını "Google Maps" xəritə xidmətində Meksika körfəzinin adını Amerika körfəzi kimi dəyişdiyinə görə ...

“Aztelekom”un əməkdaşı Heydər Əliyev zirvəsinə qalxdı - FOTOLAR

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC-nin əməkdaşı Nicat Səfərov Ümummilli Li...

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...

Bakıda bu məktəbdə “Son zəng” üçün pul yığılır? – RƏSMİ

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdı...