Şimali Koreyaya qaçırıldığı güman edilən amerikalı tələbə


Şimali Koreyaya qaçırıldığı güman edilən amerikalı tələbə

2004-cü ilin yayında Çində yoxa çıxan universitet tələbəsi Devid Sneddonun gizli yolla Şimali Koreyaya aparıldığı güman edilir.


Sfera.az bildirir ki, universitet tələbəsi Devid Sneddonun 2004-cü ildə yoxa çıxanda cəmi 24 yaşı olub. Hazırda sağdırsa, 44 yaşı var.


2004-cü ilin yayında universitetdə birinci kursunu bitirdikdən sonra Çin dili kursuna başlamaq üçün Pekinə gedir. O, əvvəllər iki il Cənubi Koreyada Mormon missioneri kimi çalışıb və Koreya dilini öyrənib.

 

 

Sneddonun Corc Beyli adlı dostu da var idi. Yay dərsləri bitdikdən sonra onlar Çinin bəzi turistik yerlərini ziyarət etmək qərarına gəlirlər.


Beyli Amerikaya erkən qayıdır. Sneddon isə Çinin cənubundakı Yunnan bölgəsində yerləşən Sıçrayan Pələng Boğazına doğru səyahətini davam etdirir. O, gəzinti yolu ilə gedir və bir neçə dəfə Şanqri-Lada Koreya restoranında yemək yeyir. Bundan sonra onu bir daha heç kim görmür.


Ailəsi onu axtarır, lakin heç nə tapa bilmir. Dövlət Departamenti və Çin rəsmiləri, onun cəsədi heç vaxt tapılmasa da, vadiyə sürüşüb çaya düşdüyü qənaətinə gəlirlər. Beləliklə, cinayət işi bağlanır.
 

7 il keçdikdən sonra, 2011-ci ildə Şimali Koreyada işləyən və Vaşinqtonda yerləşən Şimali Koreya İnsan Haqları Komitəsinə rəhbərlik edən keçmiş Pentaqonun zabiti Çak Daun Sneddonun yoxa çıxdığını öyrənir. Downs adam oğurluğu ilə bağlı işlərdə işləyirdi (Şimali Koreya 1970 və 1980-ci illərdə insanları, xüsusən də Yaponiya vətəndaşlarını tez-tez oğurlayırdı). O, Sneddonun Şimali Koreya tərəfindən qaçırıldığını düşünür.


Növbəti il adam oğurluğu ilə bağlı işlərlə məşğul olan yapon qrupu, Yunnanda 23 və ya 24 yaşlı bir amerikalının həbsini sübut edən Çin sənədlərinin olduğunu bildirir. Sonra iddia edilir ki, Şimali Koreya agentləri onu aparıblar.
 

Sonradan Cənubi Koreyada qaçırılanların ailə birliyi yeni məlumat aldıqlarını deyirlər. Sneddon Şimali Koreyada idi. Evli və iki övladı var imiş. O, Kim Çen Ina ingilis dilini öyrədirmiş.
 

ABŞ Konqresi hadisəni araşdırsa da, hazırda Sneddonun taleyi rəsmi olaraq naməlumdur.


Aynil

Sfera.az


 


OXŞAR XƏBƏRLƏR