KİV: "Almaniya 2021-ci ildən bəri ilk dəfə əfqan miqrantları deportasiya edib"

KİV: "Almaniya 2021-ci ildən bəri ilk dəfə əfqan miqrantları deportasiya edib"

Almaniya hökuməti Taliban hakimiyyətə gəldikdən sonra ilk dəfə olaraq əfqan miqrantları öz ölkəsinə deportasiya edib.

 

Sfera.az xəbər verir ki, bu barədə TASS "Spiegel" nəşrinə istinadən məlumat yayıb.

 

Deportasiya planı iki ay ərzində hazırlanıb. “Spiegel” yazır ki, Almaniya hökuməti rəsmi Kabillə birbaşa deyil, Qətər vasitəsilə danışıqlar aparıb.

 

Annalena Berbokun rəhbərlik etdiyi Xarici İşlər Nazirliyi son ana qədər deportasiyaya qarşı çıxıb. Hüquq müdafiə təşkilatları da bu mövqedən çıxış edirlər.

 

Almaniya 2021-ci ilin yayında Taliban hakimiyyətə gəldikdən sonra Əfqanıstana deportasiyanı dayandırıb. Bu ölkəyə ilk birbaşa deportasiya simvolik xarakter daşıyır. Reys Solingendəki terror aktından sonra və miqrasiya gündəminin mühüm rol oynadığı Saksoniya və Türingiya bölgələrində regional seçkilərə iki gün qalmış həyata keçirilir.

 

Almaniya təhlükəsizlik orqanları qeyd edib ki, gələcəkdə belə uçuşların müntəzəm həyata keçiriləcəyinə şübhələr var.


OXŞAR XƏBƏRLƏR