Türkiyənin vergi rekordçuları BƏLLİ OLDU - İlk üçlükdə onlardır
İqtisadiyyat
12:31 / 28.08.2024
6071
Türkiyə Gəlirlər İdarəsi 2023-cü il üçün vergi rekordçularının adını açıqlayıb.
Sfera.az xəbər verir ki, 2022-ci ildə olduğu kimi, 2023-cü ildə də Selçuk Bayraktar, Haluk Bayraktar və Rəhmi Koç ilk üçlükdə yer alıb.
Gəlirlər İdarəsinin açıqladığı məlumatlara görə, Səlcuq Bayraktar 2023-cü ildə gəlir vergisi üzrə rekordçu olub. Bir ildə Bayraktar 1,95 milyard TL (təxminən 78 milyon dollar) vergi verib.
Ödənən vergilərin həcminə görə ikinci sırada dayanan Haluk Bayraktarın 2023-cü ildə hesablanmış vergisi 1,68 milyard TL (67 milyon dollar) olub.
Rəhmi Koçun isə ödədiyi vergi 480 milyon TL (19 milyon dollar) təşkil edib.
Vasif