Möcüzə nəticəsində sağ tapılan insanlar

Uzun illər yoxa çıxan, bütün ümidlər kəsilərkən tapılan insanların bəzilərinin möcüzəli həyat hekayələri var.
Sfera.az bu yazıda sizə möcüzə nəticəsində sağ tapılan bəzi insanların həyat hekayələrini təqdim edir.
1. Qaçırılan Elizabet Smartı kiçik bacısı xilas edib
Müasir dövrün ən böyük uşaq qaçırma hadisələrindən biri olan Elizabet Smartın qaçırılması bütün Amerikada rezonans doğurmuşdu. 2002-ci ildə Smart ailəsi tərəfindən evə çağırılan mexanik daha sonra gizlicə ailənin evinə girib. Özünü Emmanuel kimi təqdim edən Brian David Mitchell adlı şəxs çarpayıda bacısı Meri Ketrinin yanında yatan Elizabeti qaçırıb. Həmin vaxt Ketrin özünü yatmış kimi göstərirdi ki, kişi onu incitməsin. 14 yaşlı Elizabet 9 ay müddətinə girov saxlanılıb.
Meri Ketrin sonradan anlayıb ki, onların evinə gələn usta “Emmanuel” həmin gecə onların yataq otağına girən şəxsdir. Polis mexanikin eskizlərini hər yerə paylasa da, əsl adı Miçel olan “Emmanuel”in valideynləri oğullarını tanıyıb. Onlar dərhal polisə əlavə fotolar göndəriblər. Küçədə maskalı halda gedən Mitçeli Wanda Barzee adlı qadın tanıyıb və polis dərhal onu həbs edib. Elizabet sağ-salamat ailəsinə qovuşub.
2. Qaçırılan Klivlend qadınları qonşusu tərəfindən xilas edilib
2013-cü ildə gündəmə gələn uşaq oğurluğu hadisəsində şübhəli Ariel Kastro adlı şəxs olub. Ariel Mişel Knight, Amanda Berry və Georgina DeJesus adlı qızları təxminən 11 il əsir saxlayıb. Qadınların polisdən qaçdığı düşünüldüyü üçün iş heç vaxt təfərrüatı ilə araşdırılmayıb.
2013-cü ildə Arielin qonşusu Çarlz Remzi evin içindən qadınların qışqıraraq kömək çağırdığını eşidir. Digər qonşuların köməyi ilə Çarlz dərhal qapını sındıraraq içəri daxil olub və qadınları çölə çıxarıb. Ariel ömürlük həbs cəzasına məhkum edilib. Bundan çox keçməmiş o, çarpayı mələfəsi ilə özünü asaraq intihar edib.
3. Stiven Stayner əsir götürən şəxsin əlindən qaçıb
7 yaşlı Stiven Stayner Kennet Parnell və onun ortağı Ervin Merfi tərəfindən qaçırılaraq uzaq bir yerdə saxlanılıb. Kennet də balaca oğlanı aldadıb, ona ailəsinin baxa bilməyəcəyi görə onu övladlığa götürüldüyünü deyib. Hətta Stivenin adını Dennis Parnell olaraq dəyişdirib və məktəbə yazdırıblar. Çoxlu imkanlara malik olsa da, Stiven heç vaxt qaçmağı düşünməyib, çünki yeni ailəsinin onu övladlığa götürdüyünə inanırdı. O, yeniyetməlik yaşına çatanda Stiveni Timoti Uayt adlı başqa bir oğlanı qaçırmağa məcbur ediblər. Stiven kiçik oğlanın da onun kimi pis şeylər yaşamasını istəmədiyi üçün uşağı götürüb tamamilə başqa yerə qaçıb. Stiven və Timoti öz ailələrinə qovuşub.
Daha sonra Stivenin hekayəsi "İlk adımın Steven olduğunu bilirəm" adlı filmə ilham verib.
4. Qabriel Nagy qəza zamanı yaddaşını itirərək yoxa çıxıb
Avtomobil qəzasında yaddaşını itirən Qabriel Nagy heç kimə bir söz demədən yoxa çıxıb. Axşam evə qayıtmayanda ailəsi təlaşa düşüb və polisə məlumat verib. Polis Qabrielin avtomobilini yolun kənarında tapıb. 2 həftə itkin düşən Qabriel kredit kartı ilə düşərgə ləvazimatları alıb, lakin bu, onu tapmaq üçün kifayət etməyib. Sığorta sistemində Qabrielin adını görən bir polis əməkdaşı araşdırmalara başlayıb və Qabriel tapılıb.
20 ildir həyatını itirdiyi yaddaşla yaşayan Qabriel ailəsinə qovuşduqdan sonra yavaş-yavaş xatirələrini canlandırmağa başlayıb. Başının arxasındakı yaralara baxan tibb mütəxəssisləri onun yoxa çıxmasının səbəbini “Dissosiativ Fuge” adlandırıblar. Adətən, bu psixoloji pozğunluğu olan insanlar birdən və gözlənilmədən heç nədən xəbərsiz olaraq ortalıqda gəzirlər.
5. Anası onu içəri buraxmayanda 20 il yoxa çıxıb
1992-ci ildə Nguyen Thi Van adlı vyetnamlı qadın evə gec gəldiyi üçün anası ona evə buraxmayıb. Qadın nə edəcəyini bilməyərək dostları ilə birlikdə karaoke bara gedib. Qəfildən yaşlı bir qadınla səyahətə çıxıb, səhəri Çində oyanıblar. Yaşlı qadın Nguyen və rəfiqələrinə onları çinli kişilərə ərə verəcəyini, istəməsələr, hamısını öldürəcəyini deyib.
Çinli fermerlə evlənən və həyatının çox hissəsini orada keçirən Nguyen sonda yük maşını ilə qaçmağı bacarıb. O, 21 ildən sonra vətənə qayıdıb və ailəsinə qovuşub. Anası onun cəzasının nə qədər ağır nəticələr verəcəyini düşünməyərək, bu illəri vicdan əzabı ilə yaşayıb.
6. 35 yaşına qədər qaçırıldığını başa düşməyib
Stiv Karter adlı şəxs 35 yaşına qədər qaçırıldığını dərk etməyib. İnternetdə gəzərkən vəziyyəti haqqında oxşar xəbər oxuduqdan və öz qeydlərini araşdırdıqdan sonra bütün həyatı dəyişib. Bir saytda Marks Panama Barnes adlı uşağın fotoşəkillərini görəndə, bu şəxsin özü olduğunu anlayıb.
Əməliyyatçılar və polislə əlaqə saxladıqdan sonra o, anası tərəfindən atasından qaçırıldığını və anası adını dəyişdiyi üçün atasının onu tapa bilmədiyini öyrənib.
Anası ruhi xəstəxanaya yerləşdirildikdən sonra yoxa çıxıb və geri qayıtmayıb, ona görə də 4 yaşında olanda başqa ailəyə övladlığa verilib.
İllər sonra o, bioloji ailəsinə qovuşub.
7. Hər şeyi ataraq tamamilə yad adamlarla birlikdə yoxa çıxıb
Həyatında yaşadığı çətinliklərin öhdəsindən gələ bilməyərək yolda ağlayarkən, iki yad adam Brenda Heistə yaxınlaşaraq onun yaxşı olub-olmadığını soruşub. Daha sonra Brendadan macəraya qoşulmaq istədiklərini soruşublar. Qadın onların təklifini qəbul edib. 11 il ərzində hər cür pis vərdişlərə yiyələnib və otellərdə qəribə işlərdə çalışıb.
Nə polis, nə də onun ailəsi Brendanın yoxa çıxmasını başa düşə bilməyib. Hətta onun əri də şübhəli şəxs qismində saxlanılıb.
2010-cu ildə Brenda tapılaraq ailəsinə qovuşub. İtkin düşməsini isə sadəcə "özümü itirdim" deyərək izah edib. Ailəsi qadını bağışlayıb və baş verən hər şeyi unutmaq qərarına gəlib.
8. Öldüyü deyilən adamı uzaq bir meşədə görüblər
Karlos Sançez Ortiz De Salazar yoxa çıxanda ailəsi və bir çox dostları onun tez-tez depressiyaya düşən xasiyyətdə biri olduğu üçün intihar edə biləcəyini düşünürdülər. 1995-ci ildə yoxa çıxan Karlosun 2010-cu ildə öldüyü elan edilib.
Təxminən 20 il sonra göbələk toplamaq üçün meşədə gəzən iki nəfər Karlosun gizli düşərgəsini görəndə təəccübləndilər. Onlar dərhal kömək axtarmaq üçün ayrıldılar və bir neçə saat sonra meşə gözətçisi ilə geri döndülər. Karlos tək qalmaq istədiyini və 1997-ci ildən orada yaşadığını bildirib. Bundan sonra polis onun ailəsi ilə əlaqə saxlayıb. Ailə yenidən qovuşmaq ümidi ilə İspaniyadan İtaliyaya gəlsə də, Karlosun artıq oradan getdiyini görüb. Əşyalarını yığıb yenidən gözdən itib.
9. Öldürüldüyü güman edilən qadın sağ və sağlam tapılıb
Petra Pazsitka adlı qadın yoxa çıxanda 24 yaşında olub. O, başqa yerdə universitetdə oxuyurdu və həftə sonu ailəsinin yanına gələcəyi gözlənilirdi. Lakin Petra bir daha geri qayıtmayıb. Polis araşdırmalara başlayanda Petranın yoxa çıxmasında Günter K adlı qatilin məsuliyyət daşıdığını düşünüblər. Çünki o, əvvəllər də eyni ərazidə başqa bir gənci öldürdüyünə görə həbsdə olub. Polis dindirməyə başlayanda Günter Petranı öldürdüyünü etiraf edib.
Lakin Petra ölməmişdi. O, yığdığı pulla kirayə götürdüyü mənzildə gizlənib, müxtəlif şəxsiyyətlərdən istifadə edərək qaçmaq üçün planlar qurub. Təsadüfən qaldığı evə oğru girdiyi üçün polis çağırılıb. Tapılan Petra bu qədər uzun müddət gizlənməsinin səbəbini açıqlamaqdan imtina edib.
10. İtkin düşən uşaq kiçik otaqda tapılıb
Bir ilə yaxın itkin düşən 15 yaşlı Danielle Kramer adlı qız polislər tərəfindən Adam Qoult və Ann Mörfi adlı cütlüyün evinin otağında tapılıb. Cütlük Danielleni qaçıraraq onu qarderobun arxasında gizli otaqda saxlayırdılar. Daniellenin orada yaşamasına dair ən kiçik bir əlamət belə olmayıb.
Əvvəlcə Daniellenin cütlüyə öz istəyi ilə gəlib-gəlmədiyi məlum olmasa da, sonradan polisə onu zorla orada saxladıqlarını açıqlayıb. Cütlük törətdikləri cinayətə görə mühakimə olunub.
Xanım
Sfera.az