Son dəfə güldüyü təyyarə...- VİDEO

Dünya
08:21 / 28.08.2024
2258
Türkiyənin mərhum aktyoru, xatirələrdə “Şaban” rolu ilə qalan Kemal Sunalın vəfat etdiyi təyyarənin görüntüləri yayılıb.
Sfera.az xəbər verir ki, sənətçinin “Balalayka” filminin çəkilişləri üçün mindiyi və infarktdan dünyasını dəyişdiyi hava nəqliyyatı indi Kastamonuda kafe kimi fəaliyyət göstərir.
Qeyd edək ki, “Yeşilçam”ın ustad aktyoru 3 iyul 2000-ci ildə İstanbuldan Trabzona gedərkən 55 yaşında vəfat edib. Sunalın yerinə isə “Balalayka” filmində Uğur Yücel çəkilib. (Qafqazinfo)