Venesiya Film Festivalına qatılan Ancelina Coli görünüşü ilə diqqət çəkib - FOTO

49 yaşlı amerikalı aktrisa və rejissor Ancelina Coli film festivalı üçün Venesiyaya gəlib.
Sfera.az bildirir ki, məşhur Hollivud ulduzu yeni filmi “Mariya”nı İtaliyaya gətirib. Film yunan opera müğənnisi Mariya Kallasın həyatının son illərindən bəhs edir.
Ancelina ictimaiyyət qarşısına bej rəngli trençkot, qara şalvar və tünd rəngli ayaqqabıda çıxıb. O, sarı saçlarını açıq qoyub və görünüşünə gün eynəyi əlavə edib.
81-ci Venesiya Film Festivalında Ancelina Coli yunan opera müğənnisi Mariya Kallas haqqında bioqrafik dram olan yeni “Mariya” filmini təqdim edəcək.
Keçmiş əri Bred Pittin də Corc Kluni ilə birgə çəkildiyi “Qurdlar” filmi ilə İtaliya şəhərində keçiriləcək festivala qatılacağı gözlənilir.
"Mən Merinin həyatı və irsi haqqında olan bu layihəni çox məsuliyyətli və ciddi qəbul edirəm. Bu işin öhdəsindən gəlmək üçün əlimdən gələni edəcəyəm" - deyə Coli bildirib.
“Mariya” real hadisələrə əsaslanan, dünyanın ən böyük opera müğənnisinin 1970-ci illərdə Parisdəki son günlərində yenidən canlandırılan və yenidən təsəvvür edilən təlatümlü, gözəl və faciəli həyat hekayəsindən bəhs edir”- dramatik filmin təsvirində deyilir.
Aynil
Sfera.az