Anası “iPhone” alana qədər 3 üç gün yemək yemədi - VİDEO


Anası “iPhone” alana qədər 3 üç gün yemək yemədi - VİDEO

Hindistanda bir oğlan anasını ona “iPhone” almağa məcbur edib. Belə ki, yeniyetmə anası ona “iPhone” alana qədər aclıq aksiyasına başlayıb. Ana özü kilsələrin ətrafında gül satmaqla pul qazanıb.
 

Sfera.az bildirir ki, bu maraqlı hadisə keçən həftə smartfon mağazasının sahibi tərəfindən videoya çəkilib. Bir milyondan çox baxış toplayan paylaşım məşhur jurnalist Abhişek tərəfindən də “X” səhifəsində yerləşdirilib.
 

Oğlan anasını ona yeni telefon almağa məcbur etmək üçün üç gün yemək yemədiyini etiraf edib. Oğlu ilə alış-veriş etməyə gələn qadının üzündəki ifadə isə öz sözünü deyir.
 

"Mən məbədin yanında gül satıram. Telefon üçün pul verdim, çünki o, üç gündür heç nə yemir, pul qazanıb pulu qaytarmasını istəyirəm"   - deyə anası bildirib.
 

 

Yeniyetmənin anasına münasibəti internetdə çoxlu tənqidlərə səbəb olub. İnternet istifadəçiləri onu şantajda ittiham edirlər.
Belə ki, istifadəçilər onu maddi və emosional şantajda, eləcə də sevdiyi insana biganəlikdə ittiham edirlər. Anasının gül satmaqla dolandığın, bu pulu ödəmə durumu olmadığını bilə-bilə yenə də təkid etməsi hər kəsin qəzəbinə səbəb olub.


İnternet istifadəçiləri gördükləri mənzərə qarşısında heyrətlənib və şoka düşüblər.
 

“Ananın gül satmaqla dolanışığınzı çətinliklə təmin etdiyi bir vaxtda sən işləməyə-işləməyə “iPhone”a bu qədər pul xərcləmənin heç bir mənası yoxdur”;
 

"Ana aclıq aksiyası keçirdiyi üçün dözə bilmir. Nə deyəcəyimi bilmirəm. Bu video ürəyimi parçaladı";
 

"Həqiqətən kədərli videodur."
 

Yeri gəlmişkən, onu da qeyd edək ki, mütəxəssislər “iPhone maniası”nın illərdir insanları çılğın şeylər etməyə vadar etdiyini bildirir. Bəziləri hətta yeni “İphone” almaq üçün qara bazarda böyrəklərini satmağa qədər gedib çıxır.

 

Aynil

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Ər-arvad arasında bağışlanan mülk necə bölünür? - AÇIQLAMA

Ailələrdə boşanmadan sonra yaranan ən böyük problemlemlərdən biri əmlak bölgüsü zamanı meydana gəlir. Bu gün məhkəmələrdə araşdırılan işlərin böyük qismi məhz b...

“Apple” “iOS 18.5”i yeniləyib - Hansı dəyişikliklər olacaq?

“Apple” bir aydan çox davam edən beta testlərindən sonra “iOS 18.5”in yeniləməsinin yaxın günlərdə istifadəçilər üçün yayımlanacağını tə...

Bu tranzit marşrutu reallaşsa... - Ermənistan nəqliyyat layihələrindən kənarda qalacaq

İranın yol və şəhərsalma nazirinin müşaviri Amin Tərfe TRACECA çərçivəsində İran-Azərbaycan-Gürcüstan tranzit dəhlizinin yaradılması ilə bağlı yeni təkliflə çıx...

Rihanna yenə ana olacaq - FOTO

Dünyaca məşhur müğənni Rihanna yenə hamilədir.       Sfera.az xəbər verir ki, “Met Gala”ya qatılan sənətçinin hamilə olduğ...

Kazım Hüseynəliyev nazir TƏYİN EDİLDİ

Naxçıvan Muxtar Respublikasında iqtisadiyyat naziri təyin edilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Ali Məclis sədrinin birinci müavini Bəxtiy...

"Cütlük ayrıldı, sifariş məndə qaldı" - "String art" yaradıcısı ilə MÜSAHİBƏ

Son illərdə dekorativ sənətdə ip və mismarla hazırlanan portretlər geniş maraq doğurur. “String art” adlanan bu texnika taxta lövhə üzərində mismarl...