Ayı sirk zamanı təlimçiyə hücum etdi - FOTO


Ayı sirk zamanı təlimçiyə hücum etdi - FOTO

Adı Ponçik olan ayı Rusiyada yüzlərlə uşaq və böyüklərin gözü qarşısında təlimçiyə hücum edib.
 

Sfera.az bildirir ki, hadisə “Biysk” sirkində baş verib. Təşvişə düşən tamaşaçılar səhnədə baş verənlərə dəhşət içində baxıblar. Ayı 48 yaşlı Sergey Priçiniçə hücum edərək onu yerə yıxıb. 35 kiloqram çəkisi olan ayı əlində tutduğu çubuğu çeynəyərkən həmin şəxs qaçmağa çalışıb. Hadisənin videosu “Telegram” kanallarında da yayımlanıb.
 

Şlaqbaumun arxasında dayanan başqa bir sirk əməkdaşı diqqəti yayındıraraq yırtıcını itələyib. Bundan sonra ayı nəhayət təlimçinin ayağa qalxmasına imkan verəcək qədər uzaqlaşıb.
 

Artıq sirk rəhbərliyi də hadisəyə münasibət bildirib.

 

Bildirilir ki, hadisə məşqçi üçün ölümlə nəticələnə bilərdi, lakin o, sağ qalıb və heç bir xəsarət almayıb.
 

"Hərəkətin sonunda ayı Sergeyə hücum etdi və onunla döyüşməyə başladı. Təlimçi xüsusi müqavimət göstərmədi və sakitləşənə qədər gözlədi. Daha sonra ayağa qalxdı və hərəkətə davam etdi,vəssalam” - deyə sirkin nümayəndəsi Nikita Mixaylov bildirib.
 

Onun sözlərinə görə, heyvanlar öz etirazlarını və ya digər emosiyalarını ifadə etmək üçün fərqli davrana bilərlər və hər bir məşqçi bunu başa düşür.
 

Heyvanların hüquqlarının müdafiəçisi Yuri Koretskix öz növbəsində sirklərdə heyvanlardan istifadənin köhnəlmiş təcrübəsini qadağan etməyə çağırır.


“Dünya sirklərdə heyvanların istifadəsini qadağan etməklə sürətlə doğru irəlilədiyi halda, biz Rusiyada insanlar öz kommersiya maraqlarını müdafiə edərək tərəqqiyə fəal müqavimət göstərir”.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Apple” “iOS 18.5”i yeniləyib - Hansı dəyişikliklər olacaq?

“Apple” bir aydan çox davam edən beta testlərindən sonra “iOS 18.5”in yeniləməsinin yaxın günlərdə istifadəçilər üçün yayımlanacağını tə...

Bu tranzit marşrutu reallaşsa... - Ermənistan nəqliyyat layihələrindən kənarda qalacaq

İranın yol və şəhərsalma nazirinin müşaviri Amin Tərfe TRACECA çərçivəsində İran-Azərbaycan-Gürcüstan tranzit dəhlizinin yaradılması ilə bağlı yeni təkliflə çıx...

Rihanna yenə ana olacaq - FOTO

Dünyaca məşhur müğənni Rihanna yenə hamilədir.       Sfera.az xəbər verir ki, “Met Gala”ya qatılan sənətçinin hamilə olduğ...

Kazım Hüseynəliyev nazir TƏYİN EDİLDİ

Naxçıvan Muxtar Respublikasında iqtisadiyyat naziri təyin edilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Ali Məclis sədrinin birinci müavini Bəxtiy...

"Cütlük ayrıldı, sifariş məndə qaldı" - "String art" yaradıcısı ilə MÜSAHİBƏ

Son illərdə dekorativ sənətdə ip və mismarla hazırlanan portretlər geniş maraq doğurur. “String art” adlanan bu texnika taxta lövhə üzərində mismarl...

Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü

Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb.   Sfera.az xəbər verir ki, ötən gün saat 21 radələrində Ağ Şəhər Yaşıl Ada küçəsi ev 21-də fəhlə - Kür...