Meymunçiçəyi virusuna görə ölənləri sayı bəlli oldu - STATİSTİKA
Dünya
22:42 / 27.08.2024
6085
Cari ildə artıq 16 min meymun çiçəyi xəstəliyinə yoluxma halı qeydə alınıb.
Sfera.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu səbəblə 575 nəfər ölüb. Dərc edilmiş məlumata əsasən, meymun çiçəyinin qlobal epidemiya elan edildiyi 2022-ci ildən bəri ÜST 100 mindən çox yoluxma halı barədə təsdiqlənmiş məlumat alıb. Xəstəliyin törədicisi bütün dünyada yayılır.
Xüsusilə Afrikada yoluxma halları yüksəkdir. Burada xəstəliyin yayılma coğrafiyası genişlənib. Afrikada ən çox yoluxma halı Konqo Demokratik Respublikasında qeydə alınıb. ÜST-ün məlumatına görə, bu ilki yoluxma hallarının 90 faizi burada cəmlənib.
İnci
Sfera.az