Meraya Kerinin bacısı və anası eyni gündə dünyasını dəyişib - FOTO
55 yaşlı amerikalı müğənni Meraya Keri eyni gündə iki doğmasını itirməsi barədə pərəstişkarlarına məlumat verib.
Sfera.az bildirir ki, 90-cı illərin məşhur pop-starı Meraya Kerinin 87 yaşlı anası Patrisiya və 63 yaşlı bacısı Alison eyni gündə vəfat edib. Müğənninin həm anası, həm də böyük bacısı ilə münasibətləri soyuq olsa da, ölümləri onun üçün böyük şok olub.
"Keçən həftə sonu anamı itirdiyim üçün ürəyim parçalandı. Təəssüf ki, faciəli hadisələr nəticəsində bacım elə həmin gün həyatını itirdi. Ölümündən əvvəl son həftəsini anamla keçirə bildiyim üçün xoşbəxt hiss edirəm. Bu çətin vaxtlarda hər kəsin sevgisini və dəstəyini yüksək qiymətləndirirəm. Şəxsi həyatıma hörmətlə yanaşan hər kəsə təşəkkür edirəm” - deyə ulduz mətbuata açıqlamasında bildirib.
O, faciələrin təfərrüatlarını açıqlamayıb.
Qeyd etdiyimiz kimi, Merayanın hər iki ailə üzvü ilə münasibətləri həmişə gərgin olub. Evsiz və HİV-ə yoluxmuş bacısı narkotik aludəçiliyindən əziyyət çəkib. Meraya son 30 ildə onunla çox az əlaqə saxlayıb. 2016-cı ildə bacısı, media vasitəsilə kömək üçün Merayaya müraciət edib. Bir müddət yaşadığı evə olan hücumundan sonra və sağalmaq üçün mübarizədə onun maddi dəstəyə ciddi ehtiyacı olub. Hadisə nəticəsində Alisonun beyni zədələnib, ağır xəsarət alıb.
Alison Keri
Alisonun dörd uşaq anası olub, ilkini 15 yaşında dünyaya gətirib. O, 10 dəfədən çox reabilitasiya mərkəzində müalicə olunub. Kömək istəməyən birinə kömək etməyin mənasız olduğunu anlayana qədər bütün xərcləri Meraya özü ödəyib.
Patrisiya 1960-1973-cü illərdə müğənninin atası, opera müğənnisi Alfred Roy Keri ilə evli olub və Meraya üç yaşı olanda anası boşanıb. 72 yaşlı kişi 2022-ci ildə dünyasını dəyişib. Meraya və Alisondan başqa, Patrisiya və Royun Morqan adlı oğlu da var.
İncəsənət və musiqi sahəsində Amerikanın ən böyük ali təhsil müəssisələrindən biri olan Juilliard Məktəbini bitirən Patrisiya opera müğənnisi və vokal müəllimi olub.
Mariah Carey qızı Monro və anası Patrisiya ilə
Meraya 2020-ci ildə yazdığı "The Meaning of Mariah Carey" adlı avtobioqrafik kitabında anası ilə çətin münasibətlərinə də toxunub.
"Həyatımın bir çox aspektləri kimi, anamla səyahətim də ziddiyyətlərlə və rəqabətli reallıqlarla dolu idi. O, heç vaxt ağ-qara olmayıb, bütöv bir göy qurşağı kimi idi. Münasibətimiz qürur, ağrı, minnətdarlıq, qısqanclıq, heyranlıq, məyusluq və utancın tikanlı ipi idi”- deyə müğənni əlindən gələn hər şeyi edən anasına həsr etdiyi kitabda yazıb.
İllər əvvəl Meraya qardaşı və bacısı ilə də münasibətləri pozulub. Eyni kitabda Meraya bacısının onu bir “əclafa” satmağa çalışdığını" ifadə edib:
"12 yaşım olanda bacım mənə Valium dərmanı verdi, bədənimdə kokainlə dolu çəhrayı dırnaq yerləri (cırmaq izləri-red.), üçüncü dərəcəli yanıq yerləri verdi və məni bir əclafa satmağa çalışdı."
Müsahibə zamanı müğənnidən son dərəcə qəddar kimi təsvir etdiyi qardaşı və bacısının ona niyə belə etdiyini soruşduqda, cavabında onları korlanmış hesab etdiyini bildirib.
Meraya Kerinin iki əkiz - (qızı Monro və oğlu Moroccan Scott) övladı var.
"Demək olar ki, biz bir-birimizi tanımırıq və bütün məsələ budur. Biz birlikdə böyüməmişik. Yəni, onlar artıq bu həyata atılmışdılar, mən doğulanda onlar artıq korlanmışdılar. Nə yaxşı ki, mən onların dünyasına atılmadım və özümü öz ailəmdə yad kimi hiss edirdim”.
O, bacı və qardaşını müğənnilik həyatının asan və dəbdəbəli olduğunu düşünərək, onun şöhrətindən pul qazanmaq və pul almaq istəməkdə günahlandırıb.
2002-ci ildə atasının ölümündən sonra sənətçi Alisonla münasibətlərini yaxşılaşdırmaq istəsə də, heç nə alınmayıb. Qardaş-bacı üçbucağına son qoymaq üçün müğənni psixoterapiyaya müraciət edib.
"Terapiya çox kömək etdi. Əminəm ki, keçmiş qardaşım və keçmiş bacımla əlaqə saxlamamağım mənim üçün emosional və fiziki olaraq daha təhlükəsizdir" - deyə Meraya etiraf edib.
Aynil
Sfera.az