"Ləyaqətsiz şəkildə geri çəkildik..." - Tramp Baydeni GÜNAHLANDIRDI

"Ləyaqətsiz şəkildə geri çəkildik..." - Tramp Baydeni GÜNAHLANDIRDI

ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp Detroitdə ABŞ Milli Qvardiya Assosiasiyasının konfransında açıqlamalar verib.


Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-nin Əfqanıstandan çəkildiyi günü Amerika tarixində ən utanc verici gün kimi xarakterizə edən Tramp bu durumun bütün dünyada qarşıdurmalara səbəb olduğunu müdafiə edib.


“Biz ləyaqətsiz şəkildə geri çəkildik. Bagram aviabazasını heç vaxt tərk etməməli idik. Bu, dünyanın ən böyük hava bazalarından biridir, Çinin nüvə silahı istehsal etdiyi yerdən bir saatlıq məsafədədir. Buranı tərk etməklə hər şeyi itirdik.Çin buranı ələ keçirdi. Bu yer indi Çinin nəzarəti altındadır, təsəvvür edirsinizmi?”,- Tramp əlavə edib.

 

Tramp ABŞ-nin Əfqanıstanda 85 milyard dollar dəyərində silah və hərbi texnika buraxdığını vurğulayıb:


“Əfqanıstanın dünyanın ən böyük silah satıcılarından birinə çevrildiyini bilirsinizmi? Bizim axmaqcasına qoyub getdiyimiz silahları satırlar. Geridə 85 milyard dollarlıq yeni tanklar, təyyarələr və hətta durbinlər qoyduq. Gecə görmə qabiliyyəti olmadığı üçün gecə döyüşə bilmirdilər. İndi döyüşə bilərlər. Buna inanmaq mümkün deyil. Bu adamlar bizim məmləkətimizin başına belə bir şey gəlməsinə imkan verən axmaqlardır. Biz bütün dünyada gülüş obyektinə çevrilmişik”.

 

Tramp bildirib ki, bütün dünya xaos içindədir və tez bir zamanda bir şey edilməsə, Üçüncü Dünya müharibəsi başlayacaq:


"Nüvə gücü və digər mövcud imkanlar səbəbilə bu, əvvəlki dünya müharibələrinə bənzəməyəcək".

 

Onun sözlərinə görə, Ukraynanın Rusiya ərazisində irəliləməsi dünya müharibəsinə səbəb ola bilər.

 

Prezidentliyi dövründə müharibələrin və Amerika əsgərlərinin zərər görməyinin qarşısını aldığını iddia edən Tramp Türkiyə-Suriya sərhədindəki 5 min amerikalı əsgərin geri çəkilməsini əmr etdiyini xatırladıb:


“Mən generallarımızdan birinə zəng edərək soruşdum ki, bir tərəfdə 400 min, digər tərəfdə 300 min nəfərlik ordu olanda 5 min əsgər yaxşı fəaliyyət göstərə bilərmi? “Yaxşı olmayacaq” dedilər. “Mən onlara dedim ki, dərhal geri çəkilsinlər”.

 

Tramp bildirib ki, ABŞ Ukrayna başda olmaqla bütün sursatlarını başqa ölkələrə verdiyi üçün silah-sursatı tükənib:


“Anbarlarımız dolu olduğundan yeni anbarlar təşkil edirdik. İndi silah-sursatımız qalmayıb”.


O vurğulayıb ki, ABŞ NATO-da digər ölkələrin yaratdığı uçurumu müdafiə xərcləri ilə bağlamağa çalışır:


“Müttəfiqlərimiz yüklərini özləri daşımalıdırlar. ÜDM-in 2 faizindən çoxunu öz ordusuna xərcləyən bütün NATO üzvü ölkələri bizim qüvvələrimizi çətin vəziyyətə salıb. Biz kəsiri ödəyən və kömək edən tərəfik. Mən təkid edəcəyəm ki, hər bir NATO üzvü ölkəsi təhdidləri aradan qaldırmaq üçün 3 faiz xərcləsin”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Bu tranzit marşrutu reallaşsa... - Ermənistan nəqliyyat layihələrindən kənarda qalacaq

İranın yol və şəhərsalma nazirinin müşaviri Amin Tərfe TRACECA çərçivəsində İran-Azərbaycan-Gürcüstan tranzit dəhlizinin yaradılması ilə bağlı yeni təkliflə çıx...

Rihanna yenə ana olacaq - FOTO

Dünyaca məşhur müğənni Rihanna yenə hamilədir.       Sfera.az xəbər verir ki, “Met Gala”ya qatılan sənətçinin hamilə olduğ...

Kazım Hüseynəliyev nazir TƏYİN EDİLDİ

Naxçıvan Muxtar Respublikasında iqtisadiyyat naziri təyin edilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Ali Məclis sədrinin birinci müavini Bəxtiy...

"Cütlük ayrıldı, sifariş məndə qaldı" - "String art" yaradıcısı ilə MÜSAHİBƏ

Son illərdə dekorativ sənətdə ip və mismarla hazırlanan portretlər geniş maraq doğurur. “String art” adlanan bu texnika taxta lövhə üzərində mismarl...

Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü

Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb.   Sfera.az xəbər verir ki, ötən gün saat 21 radələrində Ağ Şəhər Yaşıl Ada küçəsi ev 21-də fəhlə - Kür...

Nərimanovda qarajlar sökülür - Sakinlər isə şikayətçidir

Nərimanov rayonunda bir qrup sakin binalarına yaxın ərazidə tikinti işləri aparan şirkətdən narazıdır. Onların sözlərinə görə, tikinti şirkəti vətəndaşların həy...