Narendra Modi Putinlə Ukraynadakı vəziyyəti müzakirə etdi

Narendra Modi Putinlə Ukraynadakı vəziyyəti müzakirə etdi

Hindistanın Baş naziri Narendra Modi və Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı vəziyyəti müzakirə ediblər.

 

Sfera.az bildirir ki, bu barədə Kremlin məlumatında qeyd olunub.  

 

“Narendra Modi Kiyevə son səfəri barədə məlumat verərək, Ukrayna ətrafındakı vəziyyətin mümkün siyasi və diplomatik yolla nizamlanmasına töhfə verməkdə maraqlı olduğunu vurğulayıb. Vladimir Putin isə Kiyev hakimiyyətinin və onların Qərb himayədarlarının addımlarından söz açıb”, - məlumatda bildirilib.

 

Rusiya lideri həmçini Ukrayna münaqişəsinin həllinə təsir edən əsas yanaşmalardan danışıb. Bundan əlavə, ölkələrin liderləri ikitərəfli əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

 

Xatırladaq ki, Narendra Modi münaqişənin həlli üçün Rusiya və Ukrayna arasında vasitəçi kimi öz xidmətlərini təklif edə biləcəyini bildirmişdi. Onun sözlərinə görə, Hindistanın hər iki ölkə ilə yaxşı əlaqələri var və münaqişənin hər iki tərəfi ona etibar edir. 

 

Qeyd edək ki, Hindistan hakimiyyəti dəfələrlə münaqişənin həllinə kömək etməyə hazır olduğunu bildirib, lakin bunun üçün Rusiya Federasiyası və Ukraynanın razılığı lazımdır.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

Bu tranzit marşrutu reallaşsa... - Ermənistan nəqliyyat layihələrindən kənarda qalacaq

İranın yol və şəhərsalma nazirinin müşaviri Amin Tərfe TRACECA çərçivəsində İran-Azərbaycan-Gürcüstan tranzit dəhlizinin yaradılması ilə bağlı yeni təkliflə çıx...

Rihanna yenə ana olacaq - FOTO

Dünyaca məşhur müğənni Rihanna yenə hamilədir.       Sfera.az xəbər verir ki, “Met Gala”ya qatılan sənətçinin hamilə olduğ...

Kazım Hüseynəliyev nazir TƏYİN EDİLDİ

Naxçıvan Muxtar Respublikasında iqtisadiyyat naziri təyin edilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Ali Məclis sədrinin birinci müavini Bəxtiy...

"Cütlük ayrıldı, sifariş məndə qaldı" - "String art" yaradıcısı ilə MÜSAHİBƏ

Son illərdə dekorativ sənətdə ip və mismarla hazırlanan portretlər geniş maraq doğurur. “String art” adlanan bu texnika taxta lövhə üzərində mismarl...

Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü

Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb.   Sfera.az xəbər verir ki, ötən gün saat 21 radələrində Ağ Şəhər Yaşıl Ada küçəsi ev 21-də fəhlə - Kür...

Nərimanovda qarajlar sökülür - Sakinlər isə şikayətçidir

Nərimanov rayonunda bir qrup sakin binalarına yaxın ərazidə tikinti işləri aparan şirkətdən narazıdır. Onların sözlərinə görə, tikinti şirkəti vətəndaşların həy...