Qarabağ Universitetinə qəbul olunan abituriyentlər hansı bölgələrdəndir?
"Qarabağ Universitetinə qəbul olan 1103 nəfərin 16 faizi Bakı şəhərinin sakinləridir".
Sfera.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün jurnalistlərə açıqlamasında deyib.
Sədrin sözlərinə görə, əsasən abituriyentlər yaşadıqları yerə görə ali təhsil müəssisələrinə sənəd verirlər. Bakıda təhsil alanların əksəriyyəti burada yaşayanlar, Gəncədəki universitetdə təhsil alanlar oranın sakinləridir, lakin Qarabağ Universitetinə qəbul olunanlar arasında Bakı salinlərinin də sayı çoxdur.
Belə ki, 3,81 faiz Naxçıvandan olan abituriyentlər, 6,80 faiz Sumqayıt şəhəri, Abşeron, Xızı, Şamaxı, Qobustan bölgələri, 22,67 faiz Mingəçevir, Naftalan, Yevlax, Şuşa, Xocalı, Xocavənd, Goranboy, Kəlbəcər, Bərdə, Ağcabədi, Ağdam, Tərtər bölgələri, 16,77 faiz Gəncə şəhəri, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz bölgələri, 8,61 faiz Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax, Oğuz bölgələri, 3,54 faiz Göyçay, Ucar, Kürdəmir, Zərdab, Ağdaş, İsmayıllı, Ağsu bölgələri, 6,71 faiz İmişli, Cəbrayıl, Qubadlı, Füzuli, Beyləqan, Laçın, Zəngilan bölgələri, 7,43 faiz Şirvan şəhəri, Hacıqabul, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı bölgələri, 4,90 faiz Şirvan şəhəri, Hacıqabul, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı bölgələri, 2,63 faiz Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən bölgələrindəndir.
Firuzə Əliyeva