"Bu il tələbə adını qazananların sayı artıb" - Məleykə Abbaszadə

"Bu il tələbə adını qazananların sayı artıb" - Məleykə Abbaszadə

"Ötən illə müqayisədə bu il tələbə adını qazananların sayı artıb".

 

Sfera.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün jurnalistlərə açıqlamasında deyib.

 

Sədrin sözlərinə görə, builki rəqəmləri ötən ilin müvafiq məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə etdikdə, bu il tələbə adını qazananların sayının daha da artdığını görmək olur:

 

"Ötən ilə nisbətən bu il tələbə olanların sayı 3715 nəfər daha çoxdur. Bu il həmçinin dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 2523 nəfər çoxdur. Ümumiyyətlə, son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir". 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR