Vergi borcu milyard yarımdır

Vergi borcu milyard yarımdır

"Dövlət sektorunda olan "Azərsu” nun 20.8 milyon manat faiz borcu, 2.2 milyon manat isə maliyyə sanksiyası onun şəxsi vərəqində mövcuddur”.

Sfera.az xəbər verir ki, bunu Milli Məclisdə "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin Natiq Şirinov deyib. 

İdarə rəisi bildirib ki, maliyyə sanksiyalarının əsas vergi məbləğinin və ona adekvat olaraq faizlərin hərəkəti çox dinamikdir. 

"Statik olaraq eyni qrup vergi ödəyicilərində vergi borcları qalmır. Dövlət borclarını istisna etmək şərti ilə. Maliyyə sanksiyasının təxmini rəqəmləri 240-250 milyon manat civarındadır”. 

N.Şirinov qeyd edib ki, ümumi vergi borclarının 1 dekabr tarixinə 1 milyard 527 milyon təşkil edir: "Bunun 904.3 milyonu əsas vergi borcu, 237.1 milyon manatı maliyyə sanksiyası, 386.4 milyon manatı isə faiz borcudur”.

N. Şirinov vurğulayıb ki, qanun layihəsi qəbul olunsa, vergi ödəyicilərinin borcu 904 milyon manata düşəcək.



OXŞAR XƏBƏRLƏR

Skandinaviya ölkələrində insanlar niyə bu qədər xoşbəxtdirlər?

Bəzi ölkələrdə insanlar ümumilikdə daha xoşbəxt görünürlər. Skandinaviya ölkələri bu baxımdan hər il zirvədədir. Amma bu xoşbəxtliyi təkcə iqtisadi zənginliklə ...

Putindən İlon Mask ilə əməkdaşlıq göstərişi

Rusiya Prezidenti Vladimir Putin “Qazprombank”-a ABŞ-lı milyarder və iş adamı İlon Mask ilə əməkdaşlıq etməyi tapşırıb.   Sfera.az x...

Kriptovalyuta bazarı hərəkətlənir: Həftənin ən çox qazandıran TOKENLƏRİ

Son günlər kriptovalyuta bazarında ciddi qiymət dəyişiklikləri baş verib. Bəzi altkoinlər rekord həftəlik artımlarla investorların diqqətini çəkib.   S...

Oyun kartlarındakı Kral, Kraliça və Yavərlər həqiqi insanlardırmı?

Krallar, kraliçalar və jaklar ən prestijli kartları hesab olunur.   Bəs bu rəqəmlərin real tarixi şəxsiyyətlər olub-olmaması barədə dəqiq məlumatınız...

Pilotu hörümçək dişlədi: Təyyarə yerə enmək məcburiyyətində qalıb

İspaniyanın “İberia” aviaşirkətinin reysi inanılmaz hadisədən sonra gecikib. Belə ki, pilotu təsadüfən göyərtəyə çıxan hörümçək dişləyib.   ...

Zorakılığa məruz qaldığı üçün boy uzadılması əməliyyatı edən gəncin hekayəsi - FOTO

İndiki vaxtda qısa boylu olmaq həm cəmiyyətdə, həm də münasibətlərdə bəzən böyük bir tabuya çevrilə bilir. 23 yaşlı Leon niyə əməliyyat etmək qərarına gəldiyini...