"Teleqram"ın sahibi Parisdə saxlanıldı

"Teleqram"ın sahibi Parisdə saxlanıldı

"Teleqram"ın sahibi Pavel Durov Parisdə hava limanında olarkən, Fransa polisi tərəfindən saxlanılıb.

 

O, Fransada "persona non qrata" (arzuolunmaz şəxs) elan edilmişdi.

 

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, iş adamı öz statusunu öncədən bilirdi. Lakin buna baxmayaraq, onun təyyarəsinin bu ölkəyə niyə uçduğu məlum deyil.

 

Bildirilir ki, rəsmi Paris Aİ-nin "Telegram"a qarşı sanksiyalar tətbiq etməsi üçün Durovun məhkəməsindən istifadə edə bilər.

 

Qeyd olunur ki, Durov Parisə enməyə cəmi bir neçə dəqiqə qalmış barəsində axtarış elan edilib və bundan dərhal sonra həbsinə order verilib.

 

Pavel Durov Parisə birbaşa Bakıdan şəxsi təyyarəsi ilə uçub. 

 

Təyyarədən enərkən, yanında şəxsi mühafizəçisi və bir qadın olub. 

 

Onun konkret hansı əsaslarla tutulduğu məlum deyil.

 

Fransa KİV iddia edir ki, ona qarşı çirkli pulların yuyulması, narkotik dövriyəsi, terrorizmə dəstək və digər çoxsaylı ittihamlar irəli sürülə bilər.

 

Durovun həbsi birbaşa onun Bakı səfəri və Putinlə mümkün görüşü ilə bağlıdır. "Bu, Qərb ölkələri üçün son nöqtə idi".

 

Durov Fransa hakimiyyəti ilə əməkdaşlıq etməsə, 25 il həbs cəzası ala bilər. Telegram-ın taleyi qeyri-müəyyəndir. 

 

Fransa hakimiyyəti Durovun Kreml və cinayətkar qruplarla əməkdaşlığının nə qədər dərin olduğunu anlamaq istəyir. Telegram üçün pis günlər gəlir. Durovun Bakı səfəri faciəvi oldu.

 

Qısaca Durovun həbsi barədə:

 

Fransa hakimiyyəti onu terrorizmdə, pedofiliyada və narkotik satışında ittiham edir;

 

Bütün bunların güya Pavelin səssiz razılığı ilə Telegramda baş verdiyi iddia olunur;

 

Bu cinayətlərə görə onu 20 il həbs cəzası gözləyir;

 

Həbsin əsl səbəbi isə - Aİ Durovdan mesajlaşma platformasının şifrələmə açarlarını almaq istəməsidir.


OXŞAR XƏBƏRLƏR