Rusiya və Ukrayna əsir götürülmüş hərbçiləri DƏYİŞDİLƏR

Rusiya və Ukrayna əsir götürülmüş hərbçiləri DƏYİŞDİLƏR

Rusiya Ukraynanın Kursk istiqamətində əsir götürdüyü 115 hərbçini geri qaytarıb.

 

Sfera.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə, Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

"Avqustun 24-də danışıqlar prosesi nəticəsində Kursk vilayətində əsir götürülmüş 115 hərbçi Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb. Bunun müqabilində 115 ukraynalı hərbçi təhvil verilib", - nazirlikdən bildirilib.

 

Nazirlik əlavə edib ki, Birləşmiş Ərəb Əmirlikləri Rusiya hərbçilərinin əsirlikdən geri qaytarılması zamanı humanitar xarakterli vasitəçi fəaliyyəti göstərib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR