Ukraynada Rusiya ilə əlaqəli dini təşkilatlar qadağan edildi
Dünya
15:10 / 24.08.2024
6943
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə Rusiya ilə əlaqəli dini təşkilatların fəaliyyətini qadağan edən qanunu imzalayıb.
Sfera.az xəbər verir ki, bu barədə məlumat Ukrayna Ali Radasının saytında, eləcə də rəsmi parlament nəşri “Qolos Ukrainı”da yerləşdirilib.
Bildirilir ki, qanun Ukraynada rus pravoslav kilsəsinin və Rusiya ilə əlaqəli dini təşkilatların fəaliyyətini qadağan edir.
Qanun nəşr edildiyi tarixdən bir gün sonra qüvvəyə minir.
Qeyd edək ki, Ali Rada avqustun 20-də Ukraynada Rusiya ilə əlaqəsi olan dini təşkilatların fəaliyyətinin qadağan edilməsi barədə qanun layihəsini qəbul edib.