HƏMAS nümayəndə heyəti Qahirədə keçiriləcək danışıqlarda iştirak etməyəcək

HƏMAS nümayəndə heyəti Qahirədə keçiriləcək danışıqlarda iştirak etməyəcək

Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti bu gün Qahirəyə gedəcək, lakin Qəzza zolağında atəşkəslə bağlı İsrail və vasitəçilər arasında aparılacaq danışıqlarda iştirak etməyəcək.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

 

Bildirilib ki, Qahirədə Misir kəşfiyyatının nümayəndələri ilə görüşəcək HƏMAS nümayəndə heyətinə danışıqların nəticələri barədə məlumat veriləcək. Bundan başqa, nümayəndə heyəti İsrail qüvvələrinin Filadelfiya dəhlizi də daxil olmaqla bütün Qəzza zolağından tamamilə çıxarılmasını tələb edəcək.


OXŞAR XƏBƏRLƏR