Nazir: "Türkiyə iqtisadiyyatı hədəfə alınıb"

Nazir: "Türkiyə iqtisadiyyatı hədəfə alınıb"

 

Türkiyə iqtisadiyyatı hədəfə alınıb.

 

Sfera.az xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç “CNN Türk”ün efirində deyib.

 

O bildirib ki, bununla bağlı olaraq məqsədli şəkildə dezinformasiyalar yayılır: “Məqsəd iqtisadiyyata mənfi təsir etməkdir”.

 

Nazirin sözlərinə görə, inflyasının aşağı salınması istiqamətində görülən işlər bəzilərini narahat edir.

 

"Türkiyənin maliyyə və xəzinə naziri Mehmet Şimşeyin istefa verməsi barədə məlumat yayılmışdı. Daha sonra bu məlumat təkzib edilmişdi", - o xatırladıb.


OXŞAR XƏBƏRLƏR